Uşaqların Yeni Sevimlisi; Pepee

0
2758
Uşaqların Yeni Sevimlisi; Pepee

Türkiyənin Eskişehir şəhərində bir cizgi film studiyasında hazırlanan və TRT Çocuk kanalında yayımlanan Türk cizgi filmi obrazı "Pepee", uşaqların sevgisini qazandı və yeni bir obraz yaradılması üçün işləməyə başlanıldı.

Düşyeri Cizgi film studiyası yaradıcısı olan Ayşe Şule Bilgiç, verdiyi açıqlamada, infrastruktur və insan gücü əksikliyi səbəbi ilə Türkiyədə cizgi filmi çəkilmədiyini söylədi. Düşyeri`nin 5 il əvvəl Türk cizgi film obrazları yaratmaq üzrə yola çıxdığını və işə İstanbulda başladıqlarını ifadə edən Bilgiç , bunları söylədi:
 
"Düşyerini böyütməyə qərar verdik. Təxminən 8 ay əvvəl Eskişehirə gəldik. Niyə Eskişehir? Türkiyənin ilk və tək cizgi film təhsili verən qurum olan Anadolu Universiteti (AU) Eskişehirdədir. AU-da cizgi film (animasiya) fakültəsi vardır. Cizgi film mövzusunda təxminən 20 il əvvəl yola çıxan AU, qapılarını bizim üzümüzə açdı. Anadolu Texnoloji Araşdırma Parkı`na qəbul olunduq. Eskişehiri cizgi film ocağı çevirmək istəyirik".
 
Bilgiç, 4 illik işlərinin ilk obrazları olan və TRT Çocuk  kanalında nümayiş olunan "Pepee"nin böyük sevgi gördüyündən bəhs edərək, belə davam etdi:
 
"Pepee" 2,5 ildir ki TRT Çocuk kanalında nümayiş olunur. Uşaqların maraq və sevgisini qazandı. Pepee, markalaşan bir Türk cizgi film obrazı oldu. TRT Çocuk`da hər gün nümayiş olunur. Gündə 10 dəqiqəlik hissələr olaraq 1,5 saat uşaqlar üçün nümayiş olunur. Hal-hazırda 26-ci seriyasını çəkirik. 52 seriyalıq müqaviləmiz var. Bunu 104 seriyaya bitirməyi planlaşdırırıq. Dünyanın bugün gəldiyi vəziyyəti nəzərə alarsaq cizgi filmi çəkmək çətindir. Xaricilərin 500 dollara satdığı bir seriyanı biz ilk hissədə 150 min dollara çəkirik. Bizim TRT Çocuk`dan başqa alıcımız da yoxdur. Alıcısı olmayan bir bazara xidmət edirik. İşə 2 nəfərlə başladıq. Hal-hazırda isə 45 nəfərlik bir qrupla işləyirik".
 
Pepee, "nənə, baba" deyə səslənir.
Bilgiç, cizgi filmi çəkməyin ən böyük xəyalı olduğunu ifadə edərək, "heç bir planım, vəsaitim olmadan bir işə girdim. Hər kəs, cizgi filmini necə çəkəcəksən, hara satacaqsan deyə soruşurdu. Mən də ən pis ehtimalla öz qızıma izlədərəm, internetdən paylaşaram deyirdim" deyə söylədi.Türk istehsalı bir cizgi filmi istəyən TRT Çocukun onlar üçün bir ümid olduğunu ifadə edən Bilgiç, TRT Çocukun ilk qəbul edilən proyektlərindən birinin "Pepee" olduğunu bildirdi."Pepee`nin uğur qazanmasında TRT Çocukun böyük rolu olduğunu bildirən Bilgiç, belə ifadə etdi:
 
"Ssenariləri mən yazıram. Musiqiləri həyat yoldaşım Kıraç  bəstələyir. Əvvəlcə təhsil qurumumuz, sonra isə TRT Dram Qurumu pedaqoji baxımdan mətinləri yoxlayıb qiymətləndirir. İcazə alındıqdan sonra film canlandırma mərhələsinə keçirik. Pepee 3-6 yaş qrupunu hədəfləyir, lakin 7-dən 77-yə hər kəs izləyir. Pepee çox sevildi.  Pepee "büyükanne, büyükbaba" demir, "nənə, baba" deyə səslənir. Bütün məzmununu öz mədəniyyətimizdən, həyat tərzimizdən götürür".

Cizgi film obrazları vasitəsilə uşaqları əyləndirərkən eyni zamanda tərbiyə və təlim verdiklərinə də işarə edən Bilgiç, "hər seriyada yeni nələrsə öyrədirik. Uşağın psixologiyasına zərər verə biləcək məzmunlar təqdim etmirik. Şiddət məzmunlu bəzi xarici cizgi filmlər uşağı aqressiv, əsəbi edir. Əlbəttə xarici cizgi filmlər heç izlənilməsin demirik. Öz cizgi filmlərimiz çoz olmalıdır. Pepee`nin milli olması onu hər kəsin sevməsinə səbəb oldu. Pepee, bizim uşaqlarımız kimi gülür, ağlayır. Xaricilərin 200 nəfərlik komanda ilə gördüyü işi biz 45 nəfərlik qrupla görürük".

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN