Yel Dəyirmanı

0
5397
Yel Dəyirmanı

Afrikanın Mazitalaya qəsəbəsində yaşayan Vilyam adlı bir gənc fikrə daldı.Ona lazım olan nə çatmır? Və o bu lazım olanın nə olduğunu tez bir zamanda tapdı bu elektrik idi.O elektriki almaq üşün külək dəyirmanı qurmaqı qərara aldı. Bunun üçün Vilyam yerli kitabxanadan külək dəyirmanları haqqında kitab borc aldı. Bədbəxtlikdən o, ingilis dilini heç də yaxşı bilmirdi!

Həmin kitabın şəkilləri və sxemləri əsasında Vilyam özünün ilk dəyirmanını düzəldə bildi, bunun üçün o, evkalip ağacı, velosiped hissələri və zibilxanadan tapdığı digər əşyalardan istifadə etmişdi. Onun ilk qoşduğu avadanlıq radio oldu və məhz bu radiodan gələn yerli reggi musiqisi onun həm kəndlilərinin fikrini dəyişdi – axı bu vaxta qədər onlar Vilyamı dəli hesab edirdilər.

Vilyam kitabxanaya kitabı qaytarmağa gedəndə öz hekayəsi ilə kitabxanaçının diqqətini cəlb edir və kitabxanaçı Mazitalaya jurnalistlərlə birlikdə baş çəkir. Jurnalistlər Vilyam və onun külək dəyirmanı haqqında böyük bir məqalə yazırlar. Xəbəri eşidən TED təşkilatının nümayəndəsi Emeka Okafor Vilyamı məşhur alimlər, biznesmenlər və ixtiraçıların iştirak etdiyi konfransda çıxış etməyə dəvət edir. Vilyamın hekayəsindən təsirlənən konfrans iştirakçılarının bir qrupu onun öz təhsilini davam etdirməsi üçün maliyyə yardımı ayırırlar. Hal-hazırda Vilyam Yohannesburqda təhsil alır və onun arsuzu külək dəyirmanları tikən şirkət yaratmaqdır.

 

ŞƏRH YAZIN