Uğurlu Insanlar Təşəbbüskarlara Nə Deyir?

0
1984
Uğurlu Insanlar Təşəbbüskarlara Nə Deyir?

1. Henri Ford – "Ford" - Mühərrik Qurucusu

 “Müvəffəqiyyətsizlik, yenidən və daha ağıllıca başlaya bilmə fürsətindən başqa bir şey deyildir.” 

2. Larri Peyc – "Google" - Qurucu Ortağı  

“Fikirinizi inkişaf etdirə bilmək üçün 100 insan işlədən bir şirkətə ehtiyacınız yoxdur.” 

3. Uorren Buffet – "Berkshire Hathaway" - Ümumi Başçısı və CEO-su  

“Etibar qazanmaq 20 il davam edər, etibar itirmək isə 5 dəqiqə. Bunun haqqında düşünsəniz, edəcəyiniz işi daha fərqli şəkildə edərsiniz.” 

4. Stiv Cobs – "Apple" - Qurucu Ortağı 

 “Bu həyatda zamanınız məhduddur. Onu başqasının həyatını yaşayaraq xərcləməyin. Başqa kəslərin düşüncələriylə yaşanan həyat, doğmaların tələsinə düşmək deməkdir. Başqa insanların fikirlərinin səs-küyünün öz ürəyinizin səsini eşitmənizə maneə törətməsinə icazə verməyin. Ən əhəmiyyətlisi isə ürəyinizin və hisslərinizin yolundan gedəcək cəsarətə sahib olun. Ürəyiniz və hissləriniz nə etmək istədiyinizi bilərlər. Bunun xaricindəki hər şey təfərrüatdır.” 

5. Uolter Elias – "Walt Disney" - Qurucu Ortağı

“Arxasından gedəcək cəsarətiniz varsa, bir gün bütün xəyallarınız gerçək ola bilər.”

6. Riçard Branson – "Virgin Group" - Ümumi Başçısı

“Ən böyük motivasiyam özümə yalnız özümü rəqib olaraq görməyimdir. Mənə görə həyat hər gün yeni bir şey öyrəndiyim uzun bir universitet təhsilidir.”

 7. Opra Uinfri – "Media" sahəsində məşhur

“Bir şeyi istədiyinizi və ya bir şeyə inandığınızı təyin etdiyinizdə bunu ilk eşidən sizsiniz. Bu sizə və digərlərinə, nəyin mümkün olacağına dair bir mesajdır. Edə biləcəklərinizi əsla məhdudlaşdırmayın.”

8. Bill Qeyts – "Microsoft" - Ümumi Başçısı

“Müvəffəqiyyəti qeyd etmək yaxşıdır. Amma müvəffəqiyyətsizliklərdən alınan dərsləri yaxşı öyrənmək daha əhəmiyyətlidir.”

9. Russell Simmons – "Def Jam Records" - Qurucusu

“Vizionumu genişlətməmə köməkçi olan və məndən daha ağıllı hesab olunan insanları taparaq müqəddəs hesab edildim.”

10. Ceff Bezos: "Amazon" - Ümumi Başçısı və CEO-su

“İnsanların etdiyi ən böyük səhv - maraq əlaqələrini çəkdiyini düşündükləri şeylər üzərində özlərini məcbur etməkdir. İnsanlar ehtiraslarını seçməz, ehtiraslar insanları seçər.”

Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN