Problemlərinizi Evə Daşımayın

0
1284
Problemlərinizi Evə Daşımayın

 Məqsəd və hədəf hər bir uğurun açarıdır. Hədəfin və məqsədin varsa, uğura da çatmağın elə uzaq olmaz.

 
İnsan özünə bir çox hədəf yarada bilər. Bəzən daha asan, bəzən isə daha çətin çatarsınız hədəflərinizə. Lakin bu hədəflər işinizi motivasiya edər və sizə istiqamət göstərər.

Yaxşı, bəs hədəflərinizi nəyə görə təyin etməlisiniz ? Nəticədə hədəf təyin etmənin məqsədi o hədəfə çatmaqdır. Nəticəyə çata bilməyən hədəflərə sahib olmaq, adamın vaxtını və enerjisini boş yerə xərcləməsinə səbəb olar. Unutmayın, ən yaxşı hədəf, ağıllı hədəfdir.
 
Ağıllı hədəflərin bir neçə  xarakterik xüsusiyyəti məncə olmalıdır .. Amma necə ???

Açıq və dəqiq olmalıdır

Hədəfiniz dəqiq və açıq olmalıdır. Bir hədəf əsla həddindən artıq və ya şablon olmamalıdır. Hədəfiniz dəqiq və açıq olduğu zaman, işlərinizin bu istiqamətdəki irəliləməsini də asanca ölçüb biçəcəksiniz.

Hər şey qədərində olmalıdır

Hədəfinizin ölçüsü olmalıdır. Həvəsinizin yüksək qalması üçün hədəflərinizə çatmanız da əhəmiyyətlidir.

Məqsədə çatılan olmalıdır

Hədəfləriniz real və çatılan olmalıdırlar. Çox yüksək və ya çox aşağı hədəflər mənasız olarlar və təbii olaraq zamanla bunları görməməzlikdən gəlib, hədəflərinizdən uzaqlaşa bilərsiniz. 

Mövzu ilə əlaqədar hər şey  olmalıdır

Hədəfiniz, şirkətinizin məqsədi və fikiri ilə əlaqəli olmalıdır.

Zaman və vaxt mütləq  limiti olmalıdır

Hədəflərin bir başlama və bitmə zamanı olmalıdır. Son icra tarixi olmayan hədəflər və proqramlar göz ardı edilməyə və təxirə salınmağa məhkumdurlar.

ŞƏRH YAZIN