Uğurlu olmağın 60 qızıl qaydası

0
2384
Uğurlu olmağın 60 qızıl qaydası

1. Gününüzü Allaha şükür etməklə başlayın.

2. Sübh tezdən oyanın (6:00).

3. Çoxlu su için (gündə 1,5 – 3 litr).

4. İsti-soyuq duş qəbul edin.

5. Gününüzü planlaşdırın.

6. Məqsədlər qoyun, lakin onlara bağlanmayın.

7. Bağışlayın. Siz də ideal deyilsiniz.

8. Gündə ən azı 15 dəqiqə təmiz havada olun. Ən yaxşısı 60 dəqiqədir.

9. Yeməkdən sonra dərhal maye qəbul etməyin.

10. Pis ətrafdan uzaq olun.

11. Əgər ətrafınız pisdirsə, dərs alın və “necə olmaq olmaz” prinsipinə riayət edin.

12. Arzunuza xəyanət etməyin.

13. Layiqli insanları ətrafınıza yığın. Onlar sizə reallaşmaqda kömək olacaqlar.

14. Hər gün idmanla məşğul olun.

15. Daha güclüdən öyrənin ki, prespektiv inkişafınız daha güclü olsun.

16. Zövq alaraq işləyin.

17. İşiniz xoşunuza gəlmirsə, lakin artım, inkişaf, məqsədə gedən yolda mütləqdirsə, ona davam edin.

18. İşiniz xoşunuza gəlmirsə və məqsədinizdən sizi uzaqlaşdırırsa, onunla vidalaşın.

19. Özünüzə inanın.

20. Sakit və dərindən nəfəs alın. Bunu gün ərzində bacardığınız qədər tez-tez edin.

21. Dua edin, ruhunuzu təmizləyin.

22. Playlistinizi daim yeniləyin. Enerji yığmaq lazım gələndə sevdiyiniz mahnıya qulaq asın.

23. Ən yaxşı müəllimləri tapın və onlardan həyatı öyrənin.

24. Tərifdə emosional olun, tənqiddə özünüzü saxlamağı bacarın.

25. Unutmayın: sizin ən yaxşı əməlinizi belə bəyənməyən biri tapılacaq.

26. Uğur nəticəsində qalibiyyətə görə minnətdar olun. Fiasko zamanı praktikaya.

27. Bəzən uşaq olmağa özünüzə icazə verin.

28. Unutmayın: ən vacib işləri birinci görmək lazımdır.

29. Həmişə “2-si 1-ində” prinsipi ilə hərəkət edin.

30. İşdən zövq almaq üçün pulu yox məhz nəticəni düşünün.

31. Artıma can atın. Maneələrdən qorxmayın.

32. Unutmayın: istənilən sahədə uğur əldə etmək üçün, ora ən azı 10 min saatlıq gərgin iş tələb olunur.

33. Gündəlik kiçik uğurlar böyük məqsədə gedən yoldur.

34. Qarşılaşdığınız insanlarla salamlaşın, onların üzünə gülün. Yalnız güclü və uğurlu insanlar xeyirxah ola bilirlər.

35. Yeganə kişi standartı – “ən yaxşısı”.

36. Sizin potensialınızın reallaşmasına səbəb olmayanlarla sakitcə sağollaşın.

37. Əgər bunlar sizin qohumlardırsa, bununla barışın çünki onlar dəyişən deyil.

38. Heç vaxt və heç kimi dəyişməyə çalışmayın. Bu problemlər qazanmağın ən asan yoludur.

39. İlham pərisi yalnız doğru həyat yaşadığınız an sizə gələcək.

40. Qida zəifdirsə, hərəkət də azdır. İşə, idmana, seksə, həyata da həvəs azalır.

41. Ətrafdakılar üçün “lift” rolunu oynayın. Onları “qaldırın”.

42. Tənqidçilərə anlayışlı davranın. Əksər hallarda bu insanlar sadəcə tənqid etməkdən zövq alanlardır.

43. Əgər tənqidçi ixtisaslaşmışdırsa və sizin xeyirinizə danışırsa, onu özünüzə dost edin. Onun inkişafında iştirak etməyi unutmayın.

44. Yaşadıqlarınız və gələcəkdə yaşayacaqlarınız – cari həyatınızın güzgüdən olan əksidir.

45. Motivasiya daxildən gəlməlidir. Əgər yoxdursa, səbəb enerjinin az olması və ya lazım olmayan işin görülməsidir.

46. Pis əhvalınız olduğu zaman vacib gərarlar qəbul etməyin.

47. Sosial şəbəkələrə və emailə gündə maksimum iki dəfə baxın.

48. Sözlər ruhlandırır və dağıdır. Sözlərinizi seçməyi bacarın.

49. İnsanı sevmək – ona reallaşmaqda kömək etməkdir. Hətta əgər sizin məqsədinizə ziddirsə belə.

50. Tənhalıqdan zövq alın.

51. Yeni işə başlamaq, yeni adətlərə sahib olmaq, yeni hobbi seçmək heç bir zaman gec deyil. Özünüzü tapana qədər davam edin.

52. Uğur gündəliyi aparın. Ən çox əziyyət çəkdiyiniz kateqoriyalara daha çox diqqət yetirin.

53. 100% əmin olmasanız, söz verməyin.

54. Dedi-qodudan uzaq olun.

55. Siyasi, iqtisadi, idman xəbərlərini izləyin. Sahələr üzrə inkişaf edin.

56. Ağıllı və aktivlər arasında aktivlər qalib gəlir. Aktivlər arasında isə ağıllılar qalib gəlir. Hər iki xüsusiyyəti özünüzdə cəmləməyə çalışın.

57. Həyatınızın ən vacib günlərini analiz edin. Onlardan dərs alın.

58. İnkişafınıza maneə olan işlə məşğul olmayın.

59. Başqalarının uğursuzluqlarını müzakirə etməyin.

60. Meyvə-tərəvəz yeyin. Bitki yağlarından istifadə edin.

Bonus olaraq da, daim bizim portalı izləyin !

 

ŞƏRH YAZIN