Cinsəl İstismara Uğramış Uşağa Necə Davranmalı?

0
2167
Cinsəl İstismara Uğramış Uşağa Necə Davranmalı?

Cinsəl istismarın ailələr tərəfindən üstünün örtülməsinin uşağın güvənsizliyinə səbəb olacağını söyləyən Psixoloq M. Berk Karaoğlu, cinsəl istismara məruz qalmış uşağa ailələrin necə davranmalı olduqlarını izah etdi. Cinsəl istismar psixososial inkişafını tamamlamış bir şəxsin psixososial inkişafını tamamlamamış bir uşağı cinsəl istismar adına istifadə etməsidir. Ilk olaraq qeyd edək ki, cinsi sui – istifadə travmatik bir hadisədir və cinsi istismarın nəticəsi bəlkə də illər sonra öz mənfi təsirlərini müxtəlif şəxsiyyət pozğunluqları və klinik patologiyalarda göstərər.  Bəzi hallarda valideynlər bu hadisəni ört – basdır etməyə çalışır. Bu davranış valideynlərə qarşı güvənsizliyə səbəb ola bilər. Xüsusilə uşağın yaşı azdırsa, məsələn 6 yaşdan balacadırsa hansı ki, uşaq bu hadisəni mənalandıra bilmir, bu zaman valideynlərin vəziyyətin üstünü örtür və şübhəliyə dair hər hansı bir müdaxilə edilmədiyi üçün uşaqda valideynlərinə qarşı bir inamsızlıq ya da öz mənliyinə yönəlik günahkarlıq hisləri duymasına səbəb ola bilir. Əslində, valideynlərin uşağın cinsi istismara məruz qalmadan əvvəl gərəkli önləmlər alması, uşağa yaşına uyğun cinsəl bilgilərin verilməsi, tualet üçün yardım istəyə biləcəyi hallarda kimlərdən necə formada yardım ala biləcəyinin nümünələrlə izah olunması, internetdə güvənli və sərhəd qoyularaq istifadəsinə yönəlik ümumi kontrolların edilməsi kimi tədbirlər qoruyucu psixoloji dəstək yardımı almaları gərəkdir. Uşağın xüsusilə cinsəlliklə bağlı soruşduğu və ya istismara yönəlik deyə biləcəyi hər şeyə diqqət yetirmək, şübhə ilə baxmaq lazımdır. Çünki, uşağın xəyal dünyasında cinsəl davranışlarla bağlı xəyallar yoxdur. Masturbasiya davranışları isə ümumiyyətlə genital bölgələrə toxunmaqdan zövq aldıqları üçündür, bu da 3 yaşdan etibarən normal haldır. Ancaq istismarın psixoloji təsirlərini ayrıca dəyərləndirmək lazımdır. Altını islatma, davranış pozuntuları, göz təmasından qaçma, fərqli duyğu hiss edildikdə bunu adi bir davranış olaraq görməməli, istismar da daxil olmaq üzrə bir çox ailə problemində uşaqda bu tərz davranış problemlərinə təsir edəcəyi düşünülərək uşaqla ünsiyyətə keçməli və həll yoluna çatmaq olmursa mütləq bir psixoloji dəstək almaq vacibdir.

Cinsi istismar sonrası ata – analar nə etməlidir ? ilk olaraq uşağa inanmaq və sonuna qədər hadisəni danışmasına sövq etmək, müdaxilə etmədən uşağı dinləmək lazımdır. Valideynlərinin buna inandığını görməsi belə uşağı duyğusal rahatlama nöqtəsinə çatdıra bilər. Uşaqlar cinsəl istismar mövzusunda çox nadir yalan dedikləri görülür. Bu baxımdan birincilik uşağın danışdıqlarına inanmaq və onunla söhbət aparmaqdır. O anda danışmaya bilər amma uyğun olduğu anı tutduqdan sonra uşağın təkrar bu vəziyyəti danışması istənilə bilər. Valideynlərin öz qayğılarını uşağa yansıtmaları doğru olmaz. Nə qədər qayğılanırsa qayğılansın valideynin etməsi lazım olan uşağa artıq hüzurlu, güvənli bir yerdə olduğunu hiss etdirməkdir və o şəfqət duyğusunu uşağa verməkdir. Uşağın hiss etdiyi duyğulara yönəlin və əgər xüsusilə günahkarlıq duyğusu hiss edirsə bunu uşaq ilə danışın, “sən necə olur ki, onunla birgə ora gedərsən?” və ya “ona bunu etməsinə necə izin verdin? “ kimi cümlələr qurmayın, çünki uşaq onsuzda o həyəcan və narahatlığı daşıyır və özünü günahlandırır. Hətta uşaqlar istər – istəməz cinsəl həzz duya bilərlər ancaq bununla əlaqəli cinsəl məlumat verməkdən çəkinməyin. Valideynlər bu mövzuda bilgi verə bilmirlərsə mütləq şəkildə psixoloq tərəfindən bu söhbətlər aparılmalıdır. Valideynlər bu tərz hadisələrdən sonra çox əsəbi ola bilərlər və şübhəliyə yönələ bilərlər. Amma burada əsas məsələ uşağın psixikasıdır. Hirsli davranışlarımızı yansıtmayaraq uşağın yanında daha müsbət duyğuların üzərində durmaq daha əlverişli olacaqdır. Valideynlər də daxil bu problemin öhtəsindən gəlmək üçün mütləq bir mütəxəssisdən ailəlikcə professional psixoloji yardım almaları uşağın duyğularını asanlıqla ifadə edə bilməsi, öz mənliyini qazanmasına təkrar yardım etməsinə imkan yaratmalıdır. Uşaqlıqda cinsəl istismara uğrayıb, yetkin yaşda ortaya çıxan psixoloji problemlərdə xüsusən keçmişə yönəlik psixoanalitik yanaşma daha faydalı ola bilər. (M. Berk Karaoğlu – Psixoloq) 

 
HAZIRLADI: SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN