Ətrafına Zərər Verən Uşağınız Var?

0
1140
Ətrafına Zərər Verən Uşağınız Var?

Ətrafına zərər verən uşaqlar və onlara qarşı alınması vacib olan tədbirlərlə bağlı olaraq bilinənlərin yanlış olduğu ortaya çıxdı. Edilən araşdırmalara görə, təcavüzkar davranış nümayiş etdirən uşaqlar özlərinə güvənənlər arasından çıxır.  Budur  uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi  Dr. Gündüz Tezmendən mövzu ilə bağlı açıqlamalar… 

Məktəb dövründəki uşaqlarda görülən təcavüzkarlıq gedərək daha çox qarşımıza çıxan bir hal olmağa başladı.  Hər məktəbdə ətrafındakıları  rahatsız etməkdən xoşu gələn çox uşaq var.  Bir yandan digər uşaqları qorumaq bir yandan da bu uşağa kömək etmək məqsədilə müxtəlif  yollara baş vururuq. Uşağın təcavüzkar davranışına  çarə tapılmazsa, digər uşaqların ana – ataları hadisəyə qarışmağa və problemli uşağın o məkandan uzaqlaşdırılmasını istəməyə başlayırlar. Bu günə qədər, aqressiv uşaqların özlərinə inamları olmadığı və daha çox  diqqət çəkmək  üçün girdikləri rolda inadkar olduqları düşünülürdü. “Özgüvəni olmayan uşaq, fiziki gücünü isbat etmək üçün bu yola əl atar” deyilirdi. Bu davranışın da düzəldilməsi üçün bütün diqqətlər aqressiv uşağın özgüvəni üzərində toplanırdı. Edilən araşdırmalarda isə dava çıxaran ətrafındakılara söz atan, ələ salan uşaqların bilinənin əksinə olaraq yüksək özgüvənləri olduğunu və dostları arasında istənilməyən deyil, tərsinə populyar şəxs olduqlarını ortaya qoydu.  Böyüklər onların davranışına nəzarət etsələr də, yaşıdlarının onlara heyran olması özlərini yaxşı hiss etmələrinə səbəb olur. Işin qəribə tərəfi budur ki, uşaqların çoxu təcavüzkar uşağa simpatiya duyur. Bu cür uşaqlarda bu səbəblə depressiya, yalnızlıq ya da həyəcan görülmür. Həm də belə uşaqlar ətrafdakılarla yanaşı özlərinə də zərər verə bilirlər. Bu uşaqlar o an üçün vəziyyətlərindən məmnun olsalar da, irəlidə özlərini daha böyük bir təhlükə gözləyir. 
 
Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 

 

ŞƏRH YAZIN