Övladım Niyə Özünə Qapalıdır?

0
3445
Övladım Niyə Özünə Qapalıdır?

Ailə basqısının uşaqları içinə qapanıq edən səbəb olduğunu bildirən Psixoloq Barış Gürkaş, bu cür uşaqlar üçün edilə biləcəkləri açıqladı. Uşaqlar üçün 7 yaşın başlıca sosiallaşma olmaq üzrə bir çox mövzuda qiymətli bir dövr olduğunu ifadə edən Gürkaş, içinə qapanan uşaqlar haqqında məlumat verdi. Uşaq məktəblə tanış olarkən əvvəllər özünü heç qarşılaşmadığı böyük bir sosial mühitin içində görər. Bu sosial mühit uşaqların yeni əlaqələr qurmasını təmin edərkən, yeni sosial bacarıqlar formalaşdırmasını da tələb edər. Məktəbdə yeni akademik biliklər mənimsəyən uşaq öyrəndiklərini inişaf etdirməyə və yeni çevrəsinə adaptasiya olmağa çalışır. Eyni zamanda 7 yaşında dostluq seçimlərini də daha ehtiyatlı bir şəkildə etməyə çalışan uşaq üçün məktəb, eyni zamanda yeni uyğunlaşacağı bir məkanı da ifadə edər.  Hər yeni inkişaf dövrü uşaqlar üçün alışmalı olduğu yeni hədəfləri də doğurur. Bu dövrləri sağlam bir şəkildə keçirə bilməyən  uşaq bunu sonrakı yaşlara ertələyər. Bu mərhələdə  valideynlərin  qarşılaşdığı önəmli mövzulardan  biri olan içinə qapalı vəziyyət  məktəbdəki dostluq münasibətlərində diqqət çəkən hal alır.

Valideynlər psixoloqlara daha çox belə suallar yönəldir: Övladım niyə bu qədər özünə qapalıdır? Uşağım insanlardan niyə bu qədər uzaq durur? Övladım niyə ona verilən suallara cavab verməkdə çətinlik çəkir? Övladım niyə özünü ifadə edə bilmir? Əsasən bu tərz davranışlar sərgiləyən uşaqlarda özünəqapalı olma ehtimalı üzərində dururlar. Içinə qapanıq olma şəxsin xarakter xüsusiyyəti olması ilə yanaşı, ailə içi şiddət, basqıcı davranışlar da buna səbəb ola bilir. Məsələn, uşağın davranışlarının davamlı olaraq valideyn tərəfindən tənqid olunması və ya bəyənilməməsini, kinayə ilə qarşılanmasını düşünün. Etdiyi hərəkətlərə görə cəsarətləndirilməyən uşaq, digər insanlarla təmasa keçmədə özünü  məhdudlaşdıracaqdır. Çünki əksər zamanlarda davranışlarından dolayı cəzalandırılan və tənqid olunan uşaq, bir müddət sonra insanlarla münasibət qurmaqdan çəkinər. Bu sonradan zamanla alışılmış davranış halına da dönə bilər.

Bəs özünəqapalı uşaqlar üçün nə edilməlidir?  Əvvəlcə özünə qapalı olub – olmadığının fərqinə varın. Siz bu məsələdə kifayət qədər bilgi sahibi olmazsanız, bu məsələdə heç nə edə bilməzsiniz. Uşağınıza nümunə olmağa çalışın. Siz necə davranmasını istəyirsizsə, onun sizi izlədiyi məkanlarda o cür davranın. Yaşıdları ilə oynaması üçün ona fürsət verin. Bunun  üçün onu cəsarətləndirin. Amma heç vaxt məcbur etməyin. Bacarmasını və əngəlləri aşmasına imkan verin. Sadə bir oyunda belə sizə qalib gəlməsi, onu daha da motivə edəcəkdir. Uşağınızın münasibət qurması üçün çalışdığını gördükdə onu cəsarətləndirici mövqedə olun. Yaşına uyğun məsuliyyətləri götürməsinə fürsət verin. Mümkünsə bunu onun vəzifəsi halına gətirin. Səhv etmə ikmanı verin. Hər insan səhv edə bilər. Bunun sayəsində xətalarını düzətlməyi də öyrənəcək. Etdiyi şeylərin mükəmməl olmasını gözləməyin. Onu gözləntisiz sevdiyinizi ona zaman – zaman xatırladın və onu sevgidən məhrum qoymaqla təhdid etməyin. Uşağın bacardığı işlərlə bağlı olaraq dəstəkləyici və motivə edici reaksiyalar göstərin. Unutmayın ki, siz nə versəniz, nəticə ona uyğun yaranır. Buna görə də sizin davranışınızdakı kiçik dəyişikliklər belə uşağınızın davranışlarına və psixi sağlamlığına təsir edər.

 
HAZIRLADI: SEVİNC MƏMMƏDKƏRİMOVA

ŞƏRH YAZIN