Övladınız İnternetdən Asılıdır?

0
1146
Övladınız İnternetdən Asılıdır?

Övladınız dərs oxumaq istəmir, məktəbə getməkdən imtina edir və bütün gününü kompüter başında keçirirsə internet aludəçisi ola bilər. Mütəxəssislər internet istifadəsinin və komputer asılılığının uşaqlara təsirləri haqqında önəmli məlumatlar verdi. Kompüter və texnologiyanın çox istifadəsi sadəcə yetkin insanları deyil, gəncləri də təhdid edir. Normasındaykən zərəri olmayan hətta faydası olan texniki alətlər, dozası çox olanda böyük problemlərə yol açır, xüsusilə də həssas  inkişaf dövrünü yaşayan uşaq və yeniyetmələrdə. Artıq hər evdə kompüterin olduğunu düşünsək uşaqların və gənclərin ona yönəlməsi çətin deyil deyə bilərik. Amma əsas məsələ onların bu texnoloji vasitələrdən necə istifadə etmələri və ona münasibətləridir. Bu məsələdə valideynlərin üstünə böyük məsuliyyət düşür. Uşaq və gənclər nümunə olaraq gördükləri ata – analarını davamlı şəkildə kompüterlə iç – içə görərkən bundan təsirlənirlər. 

6 – 15 yaş qrupundakı uşaqların interneti  istifadə etmə məqsədləri:
Dərs çalışma; öyrənmə: 84,8 %
Oyun oynama: 79,5 %
Informasiya axtarmaq: 56,7 %
Sosial media: 53,5 % 
Oğlan uşaqlarında daha çox rast gəlinir: 
Internet və kompüterdən istifadə dozasında olduqda faydalı ola bilir. Kompüter oyunları uşaqların strategiya, əl – göz kordinasiyası, problem həll etmə, çox tapşırığın yerinə yetirilməsi kimi məsələlərdə inkişafını təmin edir. Dünyada aparılan müxtəlif araşdırmalara baxdıqda uşaq və gənclərdə kompüter asılılığı yüzdə 13 % göstəricisinə malikdir. Psixoloq Murad Sarısoy, Türkiyədə bu göstəricinin yüzdə 10,5 %  olduğunu qeyd edir. Oğlanlarda bu asılılıq, qızlara nisbətən 3,6 dəfə daha çoxdur. 
Sarısoy, qeyd edir ki, uşaq və yeniyetmə yaşlı uşaqlar böyük bir maraq içərisindədirlər, yetkinlərin və valideynlərin istifadə etdikləri hər cür arqument və obyekti araşdırırlar.  Ancaq bu yaş qrupunda daha çox qız uşaqları sosial media saytlarına yetkinlərin davranışına bənzər davranır, dost əlavə etmək, ata – ananın oynadığı ferma oyunlarını oynamaq kimi. Oğlan uşaqları isə macəra və yarış oyunları oynayırlar.  Buradakı təməl problem erkən yaş dövrlərindən psixoloji  cəhətdən uyğunsuz internet və media istifadəsinə meyillilikdir.  Həmçinin şiddət aşılayan oyunlar da uşaqların şiddətə yönəlik davranışlarını artırır. Bu səbəbdən 13+ yaş etiketli heç bir kompüter oyununun bu yaş qrupundakı uşaqlara verilməməsi vacibdir. 
Irəlidə problemlərə səbəb ola bilər: 
Psixoterapevt Özlem Akpınar, edilən araşdırmalarda uşaq və yeniyetmələrin yüzdə 2 – 12 % - nin xəstəlik səviyyəsində kompüter   alüdəçisi olduğunu və davranış pozuntusu sərgilədiyini deyir. Alüdəçiliyə meyilli uşaqların daha çox həssas, qapalı, yalnız, özünə inamı aşağı  olduğu və tez sıxıldığı görünür. Uşaqlar evdəki, məktəbdəki problemlərdən qaçmaq üçün kompüterə yönəlirlər. Sosial mühit içərisində özünü dəyərsiz hiss edən uşaqlar bir yerə, bir qrupa aid olmağa və özlərini ifadə edə biləcəkləri bir məkana ehtiyac duyurlar. Internet aləmində isə olmaq istədikləri şəxsiyyətə rahatlıqla bürünə bilirlər və istədikləri kimi ünsiyyət qururlar.  Uşaq və yeniyetmələrin gerçək yaşamlarında əldə edə bilmədikləri qazanma, bacarıqlı olma, rəqabət apara  bilmə duyğularını  bu aləmdə doyurmağa çalışmaları asılılığa səbəb olar. Uşağın yaşı nə qədər kiçik olarsa mənfi təsirin gücünün o qədər çox olacağını bildirən Pedaqoq Sevil Yavuz, bu asılılıqla böyüyən uşaqların  yetkin yaşda daha böyük problemlərlə qarşılaşdığını söyləyir. 
 
Hazırladı: SEVİNC  MƏMMƏDKƏRİMOVA 

 

ŞƏRH YAZIN