Oyuncağını Qırması Bəzən Faydalıdır...

0
1838
Oyuncağını Qırması Bəzən Faydalıdır...

Uşaqlar oyun oynayarkən bəzən oyuncaqlarına qarşı kobud rəftar edərək onları sındırırlar. Amma bu hal heç də həmişə pis deyil deyən Pedaqoq Sonnur Kükürt, nə zaman təlaşlanmaq və bir mütəxəssisə  müraciət etmək  lazım gəldiyini bildirdi. Uşaqların oyunlarında sərgilədiyi belə davranışlar oyuncaqları atması və qırması nadirən olursa və tez – tez rast gəlinmirsə, emosional rahatlama kimi faydalı ola bilər. Hətta 2 – 3 yaşlarında təcavüzkar  davranışlar uşaq oyunlarında normal qəbul edilir.  Uşaqlar daxili reaksiyalarını belə hərəkətlərlə ifadə etməyi  zamanla əngəlləməyi öyrənirlər.  Amma  uşaq bəzi dövrlərdə tez – tez ətrafındakı insanlara, heyvanlara və əşyalara vurur, əlindəki əşyanı  harasa atır, özünə və başqalarına zərər verəcək təcavüzkar davranışına davam edirsə o zaman pedaqoji  və psixoloji  yardım alınmalıdır.

Təcavüzkar davranışın müxtəlif səbəbləri ola bilər: uşağın enerjisini boşalda bilməməsi, tez – tez tənqid olunması , günahlandırılması, ata – anaların uşağın yanında nümayiş etdiyi oxşar davranışlar, uşağın kodud davranışlarının mükafatlandırılması, təqdir olunması, uşağın yetərli sevgi və şəfqət görməməsi, uşağın şiddətə məruz qalması kimi hallar buna səbəb ola bilər. Bundan başqa beyin funksiyalarının pozuntusu, zehni əngəl, epilepsiya, diqqət əksikliyi və hiperaktivlik kimi problemlər də təcavüzkar davranışlara yol açar. Valideynlərə tövsiyələr: uşağın kobud davranışlarının səbəblərini  aydınlaşdırmalı və onu dinləməli, empatiya ilə yaxınlaşmalıdırlar. Aqressiv hallarda duyğularını ifadə etməsinə yardım etmək lazımdır. Yetkinlərin öz düzgün davranışları ilə yaxşı nümunə olmağa çalışmaları çox önəmlidir. Tez hirslənib özündən çıxan aqressiv valideynlər mümkün olarsa özləri də psixoloji dəstək almalıdırlar. Sakit və pozitiv  davrandığı zamanlarda uşağın bu davranışı  mükafatlandırılmalıdır. Uşağa belə hərəkətlərin mənfi yönləri göstərilməlidir. Təcavüzkar davranışlarla istədiklərini əldə edə bilməyəcəkləri, istədiyi şeyi itirməsini görməsi təmin olunmalı və nəticələrini yaşamalıdırlar. Amma digər diqqət edilməli olan məqam fiziki və ya duyğusal cəza uşağın daha çox düşmənçilik və əsəbi  hallar yaşamasına səbəb ola bilər. Cəza vermək yerinə kiçik mənfiləri görməzdən gəlmək davranışı söndürə bilər.  Hislərinizi dilə gətirmək, hirslənmək yerinə  kədərləndiyinizi bəlli etmək empatiya duyğusunu inkişaf etdirmək baxımından önəmlidir. Uşağın şiddət aşılayan filmlər izləməsi, oyunlar oynaması da bu problemə yol açar.  Uşağı müxtəlif oyun və idman fəaliyyətlərinə yönləndirmək enerjisini boşaltmaq baxımından yararlıdır. Hədsiz mülayim və ya həddən artıq məhdudiyyət qoyan valideynlərin uşaqları da belə hərəkətlərə yönəlik ola bilər. Bu səbəblə ailə içi qayda - qanunlarında tutarlı və ədalətli olunmalı deyə düşünülməlidir. 

Hazırladı: SEVİNC MƏMMƏDKƏRİMOVA 

 

ŞƏRH YAZIN