Uşaq Otağı Necə Olmalıdır?

0
5125
Uşaq Otağı Necə Olmalıdır?

Uşaq otaqları onların özlərinə məxsus məkanları olduğu üçün rahat olmalıdır. Düzgün dizayn olunan uşaq otağı uşağın rahat yatmasını,dincəlməsini, otaqdan zövq almasını, əyləncəli oyunlar oynamasını və keyfiyyətli dərs oxuya bilməsini təmin etməlidir. Uşağın otağını sevməsi bir çox şeylərə müsbət təsir göstərdiyi kimi bəzi məqamlar da nəzərdən qaçırılmamalıdır. Bəs əslində uşaq otaqları necə olmalıdır?

1.Övladınızın rahat yatması və oyanması üçün günəş işığı düşən otağı ayırın.
2.Xalça seçərkən sadəcə əşyalarla uyğunlaşmasına deyil,  həmdə antibakterial, tez alovlanmayan, ləkə tutmayan xalçalar seçilməlidir. 
3.Əşya seçərkən övladınızın fikrini mütləq şəkildə soruşun, onun da istəklərini nəzərə alın.
4.Boy və çəkisinə uyğun masa, onun da yanında kitab rəfi yerləşdirin.
5.Uşaq otağının divarını boş buraxmayın. Övladınızın xəyal gücünü inkişaf etdirmək üçün tablolar asın.
6.Yataq seçərkən orta sərtlikdə yataq seçin, çünki çox sərt yataq uşağın əzələlərinin inkişafına mənfi təsir edər.
7.Yataq seçərkən yatağın kənarında kiçik də olsa kənarlıq ( uşaq yıxılmasın deyə ) olmasına diqqət edin.
8.Uşağınızın onurğasının inkişafı üçün yarı ortopedik yataq seçin.
Uşaq otağını boyayarkən - Rənglərin uşağın psixikasına təsir etdiyini unutmayın və qarmaqarışıq rənglərdən uzaq durun.  Qız uşaqları üçün çəhrayı, oğlan uşaqları üçün isə mavi rəng seçmək ənənəsindən çəkinin və uşağın zövqünə uyğun rənglər seçin. 

 
 
HAZIRLADI : SEVİNC MƏMMƏDKƏRİMOVA 
 

ŞƏRH YAZIN