Sevmək Bir İncəsənətdir

0
5247
 Sevmək Bir İncəsənətdir

Sevgi ,məhəbbət dilimizdə ən çox mənası , mahiyyəti və əhəmiyyəti olan sözdür. Sevgi barədə nə qədər istəsən mübahisə etmək olar .Əgər min adamdan sevginin nə olduğunu soruşsan bir birindən fərqli min cavab alacaqsınız . Onun haqqında şerlər, romanlar yazılır, filmlər, tamaşalar, tok-şoular və s. göstərilir. Sevgi nədir? Yəqin ki , indi sizin şüurunuzda semantik bir qarışıqlıq yarandı. Burada mən bir başqa sevgini , siz başqa bir sevgini, digərləri isə başqa bir sevgini düşündülər. Düşündüyümüz həmin sevgini, bizə təcrübəmiz diqtə etdi. İnsanların yaradana, vətənə, torpağa, övladlarına, valideynlərinə,işinə, əşyalarına olan sevgisi də bir sevgidir.Lakin , bunun üzərində dayanmayacağıq. Bəzən insanlar bağlılıq ilə sevgini eyniləşdirirlər və ya qarışdırırlar . Əgər, bir kişi və ya bir qadin səni sevirəm deyib və onu özü  istədiyi kimi görmək və ya dəyişmək istəyirsə bu sevgi deyil bağlılıqdır.Bu eqonun doyuma çatmasına çalışmaqdır.Bu insanları bir birindən uzaqlaşdırır. Sevgidə isə heç bir şərt olmur.Sevən insan sevdiyini olduğu kimi , qeyri şərtsiz qəbul edir. Sevgidə azadlıq olmalıdır. Azadlıq deyəndə nə istəyirəm onu da edirəm yox, istəmədiyimi etmirəm başa düşülməlidir. Əldəttə, sevgi hər şeydə ,hər yerdə var və həyatın əsasını  təşkil edir. Bu əsasın özəyi isə, qadın və kişi arasında olan sevgidir. Lakin, əsas qəhrəmanımız sevginin özü olduğu üçün,  əvvəlcə onun üzərində dayanaq .

Sevgi- bütün hisslərin mərkəzidir. Sevgi-bütün hisslərin qəlbidir və bütün hisslər sevgiyə əsaslanır. Əgər, sevmirsinizsə bütün hisslər yoxa çıxır həm neqativ həm də pozitiv. Sevgi bir incəsənətdir. İnsanlarin əksəriyyəti hətta fikirlərinə belə gətirməyiblər ki , sevməyi də öyrənmək olar. İnsanlar oxuyub gözəl mütəxəsis ola bilirlər .Müəyyən vərdişlər əldə etməklə nəyi istəsələr öyrənə bilirlər. Lakin, həyatda vacib olan sevməyi öyrənməyi necə öyrənməyi bilmirlər və ya öyrənmək istəmirlər. Axı, sevgi həyatın əsasıdır. Onu öyrənməklə həyatını istədiyin kimi qurub, istənilən uğuru əldə edə bilərsən . Sevgi canlı, dərk edən və dərk edilən bir enerjidir. Eyni zamanda onun mövcud olduğu bir məkan var. O, canlıdırsa və məkanı varsa demək, o yaşayandır. Onda, bu mövcudun həyatda yaşamasi üçün daha nə lazımdır ? Zaman ! Zaman varsa demək orada həyat da var. Həyatın özəyi isə sevgidir. Sevgi ilə dolu həyatı aktivləşdirmək üçün isə zamanı işə salmaq lazımdır. Zamanın işə düşməsi ilə sevgili, məhəbbətlə dolu  həyat başlayır. 
 
Sevgi, həmçinin canlı, dərk edən yüksək intellektə malik kosmik bir substansiyadır. O, kainatı yaradan, möhkəmlədən, hərəkət etdirən tarazlıq enerjisidir.Həmin yüksək enerjili substansiyadan həyat inkişaf edir. Məhəbbət göy qurşağı kimi çoxrəngli olub, etibardan, ilhamdan, nəzakətdən, güzəştlərdən, valeh olmaqdan və s. ibarətdir. Qeyd etdiyimiz kimi sevgi azad olmalıdır.Sevginin azadlığı olmasa nə etibar, nə inam,  nə də qayğı olar. Məhəbbətdə heç bir şərt olmamalıdır. Əlbəttə biz insanlar mürəkkəb sistemə malikik və tez-tez qəlbimizin, ağlımızın, eqomuzun balansından uzaqlaşırıq. Biz, çox böyük spektrdə gen yaddaşlarımızla, emosiyalarımızla özümüzdən asılı olmadan, sosial davranışlar modellərimizdən , temperamentimizdən və digər fərdi xüsusiyyətlərimizdən çox asılıyıq.Ona görə də fitri məhəbbət bizdə həmişə alınmır. Bu çox da vacib deyil. Əsas odur ki, goy qurşağına bənzər rəngarəngliyi dərk edirik və özümüzü onun ən yuksək zirvəsində tapırıq. Əsl Həyat odur ki, məhhəbbətlə dolu olsun. İnsan məhəbbətin yaradıcısıdır və onun vəzifəsi bu sevgini həyatının bütün sahələrinə tətbiq etməklə  Yerdə sevgi dolu xöşbəxt həyat yaşamaqdır. 
 
Məhəbbət - mərhəmətdir, şəfqətdir, rəhmdir. Bu hissləri köməyə ehtiyacı olan hər bir insana aid etmək olar. Bəzən insanlar bunu qəbul etmirlər, çünki, onlar özlərini yazıq görmək istəmirlər. Lakin,məhəbbətlə göstərilən mərhəmətdən heç kəs inkar etmək istəməz. O, ayrı bir hiss ayrı bir sevgidir. 
 
Məhəbbətin digər bir spektri isə insanın özünün özünə olan məhəbbətidir. O, sevgi o dərəcədə bol olmalıdır ki ,ondan başqalarına da verə bilsin. Çünki, insan ancaq özündə olanı başqasına verə bilər. Sonra oz yarını sevməlidir. Sevginin bütövlüyü üçün bu iki yari birləşib tam bir bütöv əmələ gətirir. Bu bütövlükdən yaranan məhəbbət qadınla kişi arasında olan eşqin əsası olur. 
 
Qədim filosofların bir çoxları məhəbbətin şöhrəti haqqında çox böyük mübaliğələr aparmışlar. Məsələn, demişlər ki, bütün varlıqların yaranmasının səbəbi məhəbbətdir. Heç bir varlıq məhəbbətsiz ola bilməz. Məhəbbətin mahiyyəti bir şeylə birləşmək, kamala çatmaqdır. Məhəbbət kamillik və inkişafın səbəbidir.Məhəbbət -şərafət , fəzilət və kamillik istəməkdir. Kimdə bu istək çoxdursa onda kamala çatmaq ehtirası güclü, hədəfə çatmaq yolları asan olar. 
 
Əks cinsləri bir birinə yaxınlaşdıran bioloji təlabat olan çoxalma instinktidir. Baxmayaraq ki, insan təbiətin "şahı"hesab olunur, çoxalma instinktini özündə saxlayıb. Bu insan məhəbbətinin bioloji təzahürüdür. Burada idraka,şüura heç bir ehtiyac olmur. Məhəbbəti qeyri-iradi və iradi olaraq iki növə , iradi məhəbbətin özünü dörd növə bölmək olar : birincisi tez gəlib tez gedən ; ikincisi gec gəlib tez gedən ; üçüncüsü tez gəlib gec gedən ; dördüncüsü gec gəlib gec gedən .     
 
Burada hər növ məhəbbətin öz xüsusiyyətləri var. Lakin, onlardan ən davamlısı və təmənnasızı gec gəlib gec gedəndir . 
Sevginin , məhəbbətin ən yüksək həddi olan eşq iki nəfər arasında baş verən xüsusi bir haldır. Eşq məhəbbətin kulminasiyasi olub həzzə bağlanır və şəhvətlə müşayiət olunur. Şəhvət eşqi qoruyub saxlayır. Şəhvət bitərsə eşq də bitər. Sevgi təhlükədə qalar. Şəhvətlə davam edən eşq qarşılıqlı enerji mübadiləsidir seks adlanır ( SEX - Sinergetic Energy Exchence) .Evlilikdən bir müddət sonra tərəflər arasında olan bu enerji mübadiləsi zəifləyir. Ehtiraslar yavaş yavaş sönməyə başlayır. Münasibətlərdə çatlar əmələ gəlir. Bu çatların böyüyüb geniş vüsət almaması üçün ehtirası şəhvəti artırmaq lazımdır.Bunun üçün ən azı romantik fantaziyalar, yeni eşq hekayələri yaratmaq və ya sevgili olduğunuz zamanın ov və ovçu oyununu yeniləmək lazımdır . Bu oyunda qadın ov kişi isə ovçu olur. Keçmiş günləri xatırlayın. Qadının ov kimi qaçdığı, kişinin isə ovçu kimi ehtirasla qovduğu günləri. Qadinlar ilk gündə olduğu kimi, xüsusiyyətlərini, cazibədarlıqlarını qoruyub saxlamağı bacarmalıdırlar. Qadının əsas vəzifəsi dünyaya uşaq gətirməklə bitmir. Onun əsas vəzifəsi dünyaya sevgi gətirməkdir.Bunun üçün onun bütün resursları ; intuisiyası, müdrüklüyi,gözəlliyi, həssaslığı, zərifliyi və s.var. Bütün bunlar sevgi ilə bir kişini əri formalaşdırmaq üçün kifayətdir. Müdriklər demişkən, qadın əvvəl kişini "doğur"sonra isə həmin kişidən dünyaya sağlam övladlar bəxş edir. Kişinin vəzifəsi isə həmin qadının sevgisini üzə çıxarıb və o sevgiyə söykənərək qurmaq,yaratmaq, xeyirxah işlər görməkdir. 
Bir evdə iki sevən insan ahənglə sülh içərisində yaşayarsa və dağa gəl desələr dağ gələr. 
 
Sevən insan ipək kimi yumşaq olar.                                
Sevən insan səbirli və xeyirxah olar.                                                                                                               
Sevmək kişiyə yaraşar, qadın eşqin özüdür.                                                                                                
Sevmək xöşbəxtlikdir,sevilmək isə ən böyük xöşbəxtlikdir.
 
Sevib sevilərək sevgi dolu həyat yaşayın!
 
Məmməd Məmmədov 
NLP Master
 
    

ŞƏRH YAZIN