Ailənizə Sahib Çıxın!

0
944
Ailənizə Sahib Çıxın!

Hər bir ailə bir dövlət sayılır və hər bir ailədə kiçik problemlər, anlaşılmazlıqlar, ziddiyətli fikirlər ola bilər. Amma bu problemləri böyümədən həll etmək bəzən elə də asan olmur. Bəziləri bu problemləri danışıqla həll etsə də, bəziləri bir başa boşanma ərizəsi vermək üçün məhkəməyə qaçır. Nigah bir tikilidir, onun bünovrəsini hər gün möhkəmləndirmək lazımdır.

Yarınızı dəyişməyə çalışmayın.

Çalışın həyat yoldaşınızda olan çatışmazlıqları qəbul edin və onu dəyişməyə çalışmayın. Axı siz onu olduğu kimi sevib evlənmisiniz. İnsanın xarakteri 10 illərlə formalaşır. Bir gün içində onun dəyişəcəyini gözləmək ağılsızlıq olar. 

Gözəlliyi qoruyun.
 
Kişilər bütün gözəl şeyləri sevən məxluqlardır. Ona görə hətta evdə də qulluq edilmiş olun. Saç rənginizi, formasını, geyimlərinizi dəyişin. Sübut edilib ki, diqqətsiz geyim keçim, daranmamış saçlar xəyanətdən az ev dağıtmayıb. 

Tez-tez sağ ol deyin.
 
Uzun illər birlikdə yaşayandan sonra cütülüklər bir-birinə gözəl sözlər deməyi, hətta təşəkkür etməyi belə unudurlar. Kiçik bir işə görə deyəcəyiniz sadə "çox sağ ol" sözü ailənizi daha da möhkəmləndirəcək. 

Tələsik qərar verməyin.
 
Hamının problemi olur. İnciyib, küsməmişdən öncə yaxşı-yaxşı düşünün. Qarşı tərəfə fikirlərini ifadə etməyə imkan verin. Bununla heç kimə lazım olmayan mübahisələrdən qaça bilərsiniz. 

Ortaq maraq axtarın.
 
Əgər ortaq maraqlarınız yoxdursa, onları yaradın. Statistikaya görə cütlüklər adətən ortaq maraqları olmadığı üçün yola getmir və ayrılırlar. Qeyri standart hobbi, çadırla səyahət, filmlər sizi bir-birinizə daha da çox bağlayacaq. 

Bir damla azadlıq.
 
Qadınlar adətən bütün vaxtlarını işə və ya ailə, uşaqlara sərf edirlər. Nəticədə onların özü yaddan çıxır. Amma çalışın rəfiqələrinizlə, iş yoldaşlarınızla da vaxt keçirin. Bu həm sosiallığınızı artıracaq, həm də mənəvi istirahətinizi təmin edəcək. 

Amerikalı psixoloqların fikrincə uğurlu nigahda olanlar: 
 
Nişan üzüyü taxır;
 
Hər ikisi işləyir;
 
Ciddi qaydalar olmadan yaşayır;
 
Ailə problemlərini yemək masası arxasında həll edir;
 
Hər ikisinin tənha qalmaq üçün yeri olur.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN