Evlilik Qorxusu

0
1900
Evlilik Qorxusu

Evlilik hər birimizin həyatında ən önəmli və arzuolunan hadisələrdəndir. Haqqında çox erkən yaşlardan düşünməyə başladığımız, xəyallarını qurduğumuz bir hadisə. Lakin məqamı gəlincə bir çoxları üçün evlilik gözəl xəyallar olmaqdan çıxıb, qorxulu bir kabusa çevrilir.

EVLİLİK QORXUSU NƏDİR?
GƏNCLƏR NƏDƏN QORXURLAR?
Evlilik qorxusu insanın ailəsi, yaxınları və ümumilikdə cəmiyyətdəki heç də xoş olmayan evliliklərdən alınan məlumatlar əsasında yaranan qorxudur. Lakin bu qorxu sırf insanın şəxsiyyətinə və xarakterinə bağlı olan bir qorxu kimi də özünü büruzə verə bilər. Bəzi insanlar məsuliyyət daşımaqdan, fədakarlıqdan, paylaşmaqdan qorxur. Psixoloji olaraq bir bağlılıq yaşamaq istəməzlər. Bu qorxuya hər iki cinsin nümayəndələrində rast gəlmək mümkündür. Amma qadınlarda kişilərə nisbətən daha az təsadüf olunur. Ailə qurduqdan sonra yaşayacaqları çətinliklər, ana olmaq kimi çətin və məsuliyyətli bir vəzifə onları o qədər də qorxutmur. Ailədə oğlanların daha üstün tutulması isə onların daha sərbəst böyüməsinə gətirib çıxarır. Nəticədə ailə quracaqları zaman bu sərbəstliyi itirəcəklərindən qorxurlar. Böyük şəhərlərdə evlilikdən qaçanlar daha çoxdur. Tək yaşamağa alışan və bunu həyat tərzinə çevirən gənclərin sayı getdikcə çoxalır. 
 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN