Bu qadınlar sadəcə dözülməzdir...

0
1730
Bu qadınlar sadəcə dözülməzdir...

 Qadın böyük qüvvədir, deyirlər. Bəli, bu doğrudur. Amma ağıllı və yerini bilən qadınlar... Çünki elə qadın tipləri var ki, onlar qüvvəsizdir. Kişilər tərəfindən də dözülməz qadın tipləri olaraq tanınır. “Cosmopolitan” dözülməz qadın tiplərini təqdim edir. 


“Mən nə elədiyimi bilirəm” tipi – hər zaman hər mübahisədə o haqlıdır, onun fikirləri daha məntiqli və uyğundur. Qarşı tərəfi dinləməyin onun üçün mənası yoxdur. Hər sözü “MƏN” ilə başlayır. Bu eqo dağarcığına dözmək mümkün deyil.
 
“Çənəsi saz” tipi – kişilər qadınların çox danışmağına bələddir deyib keçməyin. Çünki hər kişi durmadan danışan qadına əsla dözə bilmir.
 
“Nə romantikdir” tipi – kişilər hər şeyi həddində sevirlər. Elə romantikanı da. Həddindən artıq romantik qadınlar, hər şeydə bir Romeo-Culyettalıq axtaranlar qadınlar onlar üçün mənasızdır.
 
“Dəvə iştahlı” tipi – iştahlı qadınlar ehtiraslı hesab olunur. Amma yemək məsələsinin suyunu çıxardıb, gördüyü hər şeydən yemək istəyən qadınlar sıxıcıdır. Xüsusilə kişilər bu qadınların gələcəyindən qorxduqları üçün uzaq dururlar.
 
"Özündənrazılar" – onlarla iki kəlmə danışmaq belə kişi üçün cəhənnəm əzabıdır. Bu təhlükəli qadınlar qarşı tərəfi hər dəqiqə susdurmaqla birgə zarafatlara gülmür və kişinin mənasızlığını üzünə vurursa, heç yaxınlıq etməyə dəyməz.
 
"Tökülənlər" – baxımsızlıq neqativ mənada dözülməzlikdir. Dırnaqlar, üz baxımsız, saçlar yuyulmayıb, artıq çəkilər göz çıxarır və paltarınız uyğunsuzdursa, nəinki hansısa kişinin, ümumiyyətlə heç, kimin gözünə görünməyin.

ŞƏRH YAZIN