30 Yaşda Həyata Həyəcan Və Məna Qatacağınız Hədəflər

0
4413
30 Yaşda Həyata Həyəcan Və Məna Qatacağınız Hədəflər

Yaş 30 olanda insanı tərifi mənasız bir qorxu və həyəcan bürüyər. Sanki hər şey bitmişdir. Şairin dediyi "yaş 35 yolun yarısı edər"deməyə az qalıb. Bu yazımızda 30 yaşdan sonra edə biləcəyəniz hədəfləri sıraladıq.

 
Bu hədəflərlə 30 yaşın keyfini çıxardın!
 
 
1.Öz çevrənizi qurun
 
Araşdırmalar 20 yaşlarınızda olduğunuzda dostlarınızdan böyük bir dəstə yaratmağın sizi yaxşı hiss etdirərkən 30 yaşınıza gəldiyiniz dostlarınızın sayından çox keyfiyyətinin, duyğusal halınızda olduqca təsirli olduğunu tapdı. Zamanla ətrafınızda həyatınızın hər dövründən insanların formalaşdırdığı bir çevrənin olmasının yaxşı gəldiyini görəcəksiniz.
 
2.Özünüzə qarşı dürüst olun.
 
Çünki əgər özünüzə dürüst olmazsanız, başqalarına qarşı da dürüst ola bilmərsiz. Zaman zaman varlığınız sizə bir şeyin doğru olmadığını söyləsə də, siz özünüzü o şeyin doğruluğuna inandırmağa çalışa bilərsiz. Amma görəcəksiniz ki, doğru olan şeyin yanında dayandıqda həyatınızdakı bütün məsələlər aydınlıq qazanacaq.
 
3.Sevdiyiniz bir iş tapın.
 
Bir çox insan məzun olanda tapdığı ilk işə girər. Və çox zaman karyerasını o iş çərçivəsində müəyyən edərlər. Əgər karyeranızdan, işinizdən razı deyilsinizsə, qabiliyyətlərinizi transfer etməkdən və çevrilməkdən çəkinməyin. Əhəmiyyətli olan Bazar Ertəsi günləri sevəcəyiniz bir işə getmək.
 
4.Tənbəlliyə vaxt ayırın.
 
Qədim bir Buddistin də dediyi kimi, heç bir şey etməmək hər şeyi yoluna qoyacaqdır. Qulağa məntiqsiz gələ bilir ola bilər. Ancaq heç bir şey etməmə sənəti uzun perspektivdə səmərəli olmağınızı təmin edir. Məsələn, bir bazar axşamı divanda vicdan əzabı çəkmədən heç bir şey etməməyi yoxlaya bilər və bunun hər anından həzz ala bilərsiniz.
 
5.Səyahət edin.
 
Xüsusilə valideyn olmusunuzsa, 30 yaşlarınızda səyahət etmək tamamilə başqa bir təcrübə olacaq. Özünüzdən fərqli olaraq dünyaya uşağınızın gözündən baxmaq, sizin yeni yerləri kəşf etmək istəyinizi artıracaqdır.
 
6.Pis vərdişləri buraxın.
 
Hər yeni ildə "Bu il x-i, y-i, və ya z-ni buraxacağam" özünüzə söz verirsinizsə amma o sözü tuta bilmirsinizsə, o sözü tutmağın tam zamanı! İndi bağımlılıqlarınızdan xilas olmaq üçün ilk addımı atın!
 
7.Başqa bir dil öyrənin.
 
Bir çox insan məktəbdə ən azından bir dənə fərqli dil öyrənir. Amma 30 yaşlarına gələndə o öyrənilən 1 xarici dilin yetərli olmadığını hiss edir. Yeni bir dil daha öyrənmək həm nəyin funksiyalarınızı inkişaf etdirərək daha yaradıcı düşünməyinizi təmin edir, həm də insanları qəlbindən vurmanızı təmin edir.
 
8.Səhər yeməyini mütləq yeyin.
 
Səhər yemək, günün ən vacib payı! Sadə bir qarğıdalı və quru bir çörək sizin qayığınızı aparmayacaqdır.Niyə daha sadə və ləzzətli fikirlərə qapınızı açmırsınız?
 
9.Qorxu hisslərinizlə üzləşin.
 
Uğursuzluq qorxusu, itirmə qorxusu, incinmə qorxusu…Uçmaqdan, cəmiyyətə qarşı danışmaqdan, hündürlükdən, stomotoloq, iynələrdən və ya klounlardan qorxmaq! Bunları geridə qoymaq sizi azad edəcəkdir.
 
10.Bədəninizlə barışın.
 
Yaşlandıqca gənc fotolarınıza baxanda o vaxtkı qayğılarınızı düşünün. Hazırda litseydəki fotolarınıza baxanda o zamankı gözəllik mövzusundakı qayğılarınızla gülüb keçirsiniz, elə deyilmi? Zaman bu an nə qədər gözəl olduğunuzu fərq edir.
 
11.Ruhunuzu xoşbəxt edən şeyi tapın.
 
Bəziləri üçün bu okean, ailə və bir şeylər icad etmək ola bilər. Amma əgər hələ də sizi nəyin xoşbəxt etdiyini bilmirsinizsə, Pinterestə daxil olmağınızı tövsiyə edirik. Fərqinə belə varmadan özünüzə ilham verən lövhələrin arasında tapacaqsınız. Fərqli şeylər sınamağa da laqeydlik etməyin. Məsələn, serfinq dərsi alın. Həyatınızın geri qalanında xoşbəxt olmaq üçün ruhunuzu xoşbəxt etməyin yollarını axtarın.
 
12.Özünüzə qarşı nəzakətli olun.
 
Təbii ki digər insanlara qarşı da…Amma hər zaman öz xoşbəxtliyinizi birinci fikirləşin. Çünki sizin sevincinizi sizdən başqa heç kim düşünməyə bilər.
 
13.Özünüzü mənfi şeylərdən uzaqlaşdırın.
 
Geriyə baxdığınız zaman başqalarını xoşbəxt etmək, sakitləşdirmək və ya başqaları tərəfindən təsdiq olunmaq üçün çox vaxt itirdiyinizi görə bilərsiniz. Həyat, enerjinizi alan və kimliyinizi alçaldan insanların yanında keçirmək üçün çox qısa. Həyatınızda özünüzü yaxşı hiss etdirən müsbət ruhlar üçün vaxt yaradın.
 
14.Bir "dağın zirvəsi" anını yaşayın.
 
Bunun üçün bir dağın zirvəsində olmağınız vacib deyil..Bunun üçün dağın yaxınlığında olmağınıza da ehtiyac yoxdur. Bir kafedə oturarkən ya da uzun sahil yürüşlərində bu anı yaşaya bilərsiz.Yalnız tənhalığın ləzzətini çıxartmağınız və özünüzə vaxt ayırmağınız kifayətdir. Üzərində düşündüyünüz problemlərə baxış tərzinizi dəyişdirərək “eureka” deyərək həll etdiyinizi fərq edəcəksiniz.
 
15.Təkrar başlamaq üçün heç vaxt gec deyil.
 
Heç vaxt fikirinizi dəyişdirmək, yenidən təhsil almaq, pis bir münasibəti geridə buraxmaq və ya yurd xaricinə getmək üçün gec deyil. Əgər içinizdə size narahat edən bir şey varsa, 5 il sonra da elə olaraq qalacaq və daha erkən etmədiyiniz üçün peşmanlıq çəkərsiniz. O səbəblə cəld, hərəkətə keçin!
 
16.Maliyyə vəziyyətinizi qaydaya qoyun.
 
Sizi ayaqqabı və çantalar deyil insanlar və təcrübələr xoşbəxt edəcəkdir. O səbəblə pulunuzu xərcləməyi buraxın və toplamağa başlayın.
 
17.Stressdən necə uzaqlaşacağınızı öyrənin.
 
Stressdən təmizlənmənin saysız-hesabsız yolu var. Dalğınlıq, nəfəs texnikaları, yoqa, idman…Sizin üçün işə yarayanını tapın və stressdən tamamilə uzaqlaşın!
 
18.Özünüzü intizama salın.
 
Həddi  aşmadan alış-veriş edin. Dostlarınızla bir neçə qədəh içdikdən sonra ertəsi gün səhər yenə tezdən qalxın. Beləliklə, iki dünyanın da dadına çatın. Özünüzü idarə etmək həyatınızda edəcəyiniz ən gözəl şeylərdən biri…
 
19.Özünüzü başqaları ilə müqayisə etməkdən əl çəkin.
 
Buna hazırda son verin. Bir-birindən fərqli hədəfləri və o hədəfə çatmaq üçün qət edilən mümkün sonsuz yolları müqayisə etmək tamamilə mənasız. Özünüzü bilin, öz vəzifələrinizi bilin və öz yolunuzda gedin.
 
20.Daha çox kitab oxuyun.
 
Müasir həyat çox hərəkətli. Bəzən kef üçün kitab oxumağa da vaxt olmur. Ancaq bir romanın səhifələrində qeyb olma hissi heç bir şeyə dəyişilməz. Özü də oxumaq insanı inkişaf etdirir.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 
 
 

ŞƏRH YAZIN