Evliliyinizi canlandırın!

0
1553
Evliliyinizi canlandırın!

 Evlilik həyatınız getdikcə monotonlaşır. Təcilə bu işə bir əl atmasanız, sonradan hər şey üçün gec ola bilər. Ona görə evliliyinizə yeni rəng, yeni nəfəs qatın.


Məsələn, yenidən aşiq olun. 

Münasibətlərinizdəki durğunluğu aşmaq üçün, qəlbinizi ilıq hisslərlə dolduracaq üsullar sayəsində yenidən aşiq olun. Flört vaxtı edtiyiniz şeyləri yenidən təkrarlamağa cəhd edin. Bu sizin münasibətlərinizi yenidən “təravətləndirərək”.

Xüsusi zaman ayırın
 
Ərinizlə hər istirahət günləri gəzməyə çıxın. Gözəlcə geyinin, restoranda yemək yeyin, masada oturarkən bir-birinizn əlindən tutun. Başqa bir variant isə evdə qalın. Uşaqları isə qonşuya, ya da ananızgilə göndərin. Telefon xəttini çıxardın və bütün diqqətləri öz üzərinizə verin. 

Hədiyyə alın
 
Vacib günlərdə hədiyyə verməkdən daha romantik bir jest ola bilməz. Ona yeni bir saat, ya da yun köynək kimi əşyalar almaqdan çəkinin. Bir şüşə keyfiyyətli şərab (təbii ki, birlikdə dadmaq üçün), gözəl bir qutuda təqdim olunan şokolad (seks həyatınızı rəngləndimrək üçün), ya da qoxusu sizi çılğına çevirə bilən bir təraş lasyonu ala bilərsiniz.

Qayğı göstərin
 
İlk qarşılaşdığınızda onun dostları ilə futbol oynamağa getdiyində, onu necə izlədiyinizi xatırlayın. Həqiqi hisslərinizi güman ki, çoxdan öyrənmiş olsa da, tərəfində olduğu komandanın oyunçularının adlarını əzbərləyərək onu təəccübləndirə bilərsiniz.

Flört edin
 
Egonuzü gücləndirməkdə flörtdən yaxşısı yoxdur. Rəfiqələrinzlə kafedə yemək yeyərkən ofisanta göz vurun. Buna qarşılıq alsanız, həyat yoldaşınıza bütün təfərrüatı ilə danışın. Bu onu dəli edəcək və sizi nə qədər sevdiyini yenidən hiss edəcəksiniz.

ŞƏRH YAZIN