Kişilərin Hansı Xasiyyəti Sevilmir?

0
2500
Kişilərin Hansı Xasiyyəti Sevilmir?

Bəzi kişilər çox yaraşıqlı olsa da, bəzi xasiyyətlərinə görə, çəkilməz insan tipinə girir. Belə olduqda, qadınların da gözünə girə bilmir. Ən yaxşısı o xasiyyəti tərgitməkdir. Bəs o tərəflər hansılardır?
Məsələn, ayaqları üzərində dayana bilməmək, valideynlərindən asılı olmaq və işləməklə arası olmayanlardan qadınlar uzaq durmağa çalışırlar.
Passiv olmaq, münasibət qurmağa o qədər də meylli olmamaq və ən əsası qərar verməkdə çətinlik çəkən kişilər arzulanlar sırasında deyil.
"Alçaq dağları mən yaratmışam" kimi düşünən və qadınlara yuxarıdan aşağı baxan kişilər tez-tez tək qala bilirlər.
Məsuliyyət hiss etməyənlər, özündən başqa heç nəyi düşünməyənlər də çox da sevilmir və qəbul edilmirlər.
Xəsis olması, qadının yanında hər şeyi hesablaması və hətta ən kiçik hesabları aparması, sevgilisindən sevgi qarışıq hər şeyi əsirgəməsi kişiləri tək qoya bilər.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN