Qısqanclığın acı nəticələri ...

0
1766
Qısqanclığın acı nəticələri ...

 Qısqanclıq bir münasibətin dadı duzu olsa da, bəzən acı nəticələr doğura bilir. Bu qısqanclıq qısqanc insanlar üçün bu normal sayılsa da, qısqanılan tərəf üçün normal sayılmaya bilər. Bəs görəsən qısqanclıq münasibətə necə təsir edir? Qısqanclığın səbəbləri nələrdir? 


Qısqanclıgın əsas səbəbləri kimi özünə inamsızlıq, qarşısındakına inanmamaq və qarşısındakını itirmək qorxusudur. Həddindən artıq qısqanclıq ən çox kişilərdə nəzərə çarpır. Kişilər qısqandıqları qadının tez-tez telefonunu, mesaj qutusunu yoxlayır, dostları ilə görüşməsinə çox icazə vermir və bəzən lap çox qısqanclıqla qarşısındakı qadına əl də qaldıra bilir. Qısqanılan şəxs isə bundan çox narahat olur. Münasibətin ilk vaxtlarında bu qısqanclıq ona şirin gəlsə də bu halın getdikcə daha da ciddiləşməsi və çoxalması qısqanılan insanı yorar, narahat edər. Dərdini, fikirlərini qarşısındakı ilə bölüşə bilmədikdə isə ayrılmağa səbəblər axtarar və beləcə qısqanan şəxsin qorxuları özünü doğruldar

Münasibətlər hər iki tərəfin bir-birinin həyatına və işlərinə çox qarışmadığı halda daha uzun müddətli olar. Əsas olan hər kəsin şəxsi həyatına hörmət etməkdir.İnsanın sevdiyi insanı itirmək qorxusu normal bir haldır. Bir-birini sevən insanların qarşılıqlı qısqanclığı şirin bir duyğudur,ancaq həddindən artıq qısqanclıq çox sevməkdən əmələ gələn bir hiss deyil. Bu ən çox özünə və qarşısındakına inamsızlıqdan irəli gelən bir hissdir. Sağlam münasibətlərdə cütlüklər bir-birilərinin maraqlarına, istəklərinə dəyər verərlər. Bir-birilərinə dəyər verərlər və eyni zamanda qısqanarlar, ancaq normada. Çox qısqanclıq hər iki tərəf üçün çətin və ziyanlı bir hissdir.

ŞƏRH YAZIN