Əsəbləri Necə Sakitləşdirməli Və Gələcək Haqda Narahat Olmaqdan Qurtulmalı?

0
7567
 Əsəbləri Necə Sakitləşdirməli Və Gələcək Haqda Narahat Olmaqdan Qurtulmalı?

 

Rahatlanmağınıza kömək edəcək 6 məsləhət. 

Təşviş psixoloji xəstəliklər arasında top 7-yə daxildir. Hər şeyin səbəbi isə fikirlərə qalib gələn, insanda nə güc, nə də fiziki resurslar saxlayan qorxudur. Daimi gərginlik, nevroz, yüksək qıcıqlanma, tərləmə, ürək ritminin pozulması halları sress faktı ilə xroniki hala çevrilməyə başlayır. Bu qəddar halqanı qırmaq və narahatlıqdan qurtulmaq mümkündürmü? Baş tutacaq görüşə, çətin dərslərə görə, gələcəklə bağlı və ya müəyyən olunmamış münasibətlər ucbatından yaranan narahatlıq və təşvişdən qurtulmaq mümkündürmü? Budur, qarşınızda sizə kömək edə biləcək 6 məsləhət var.   

1. Qorxunuzu dərk edin.  Qorxu zonası problemlərin planlaşdırılması və həlli ilə qismən bağlıdır. Məhz bundan istifadə etməyi sizə məsləhət görürük. Hal-hazırki problemlərdən yayının, təkliyə çəkilin və dürüst cavab verin: siz əslində nədən qorxursunuz? Nə sizə rahat nəfəs almağa və həyatınızı doyunca yaşamağınıza mane olur? Özünüzü aldatmağa dəyməz. Yalnız öz qorxularınızı dərk etməklə siz vəziyyəti düzgün qiymətləndirib, problemləri həll edə bilərsiniz.    

2. İndiki zamanda yaşayın.  Əgər narahatlığı analiz etsəz çox maraqlı bir faktla qarşılaşacaqsınız. Belə ki, fikirləriniz keçmişə qayıdanda və ya gələcəyə səyahət etmək istəyəndə sanki qəlbinizdə narahatlıq hissi yaranır. Lakin bu baş verməyə də bilər, yalnız “indi və burda” yaşayacağınız halda. Real baş verən anı hiss etməyə çalışın və təhlükəsizlikdə olduğunuzu hiss edəcəksiniz.   

3. Dərindən nəfəs alın. Bu şablon kimi səslənsə də əslində asan işləyən, effektiv bir üsuldur. Siz həyəcanlanarkən nəbziniz tez-tez vurmağa və nəfəs almanız sürətlənməyə başlayır. Sakit halda isə orqanizm özünün təbii reaksiyalarını bərpa edir. Düzgün və dərindən nəfəs alma bərpa olur. Təşvişə düşdüyünüzü hiss ediyiniz an "sakitləş, hər şey yaxşı olacaq" sözlərini təkrar etməyə gərək yoxdur, sadəcə dərindən və aramla nəfəs alın. Bu zaman orqanizmin müsbət reaksiyası özünü çox gözlətməyəcək.    

4. Mümkünsüz "mükəməlliyin" yerinə "yaxşını" seçin . Sağlamlığa zərər vurmaq naminə belə olsa, istənilən üsulla ən yaxşı olmaq arzusu heç vaxt yaxşı həyata gətirib çıxarmayıb. Əlaçılar, top-menecerlər, mükəmməlçilər ən yaxşıya çatmaq üçün sağlamlıqlarını xərcləyəndə əslində hər şeylərini itirirlər. Öz sakitliyinizi qurban verərək günəş altında yer qazanmağa çalışmayın.   

5. Fikrinizi idarə edə biləcəyiniz şeylərə cəmləyin. Bəli sizin təyyarə gecikə bilər, maşınınız xarab ola bilər və ya uşaqlarınız gözləmədiyiniz bir dəcəllik etmiş ola bilər. Və bəzən də siz bunun kimi hadisələrə təsir edə biləcək imkanlara sahib olmaya bilərsiniz. Lakin fikrinizi nə qədər çox idarə edə bilmədiyiniz şeylər üzərində cəmləsəniz, bundan özünüzü bir o qədər pis hiss edəcəksiniz. Sizə həqiqətən xeyir verə biləcək nə edə bilərsiniz, onu düşünmməyə çalışın.  

6. Nəhayət qərar qəbul edin.  Bəzən bezdirici seçim və qərarsızlıq ucbatından təşviş və narahatlıq hissi bədənimizi zəhərləyir. Beynimiz hadisələrinin gedişatının minlərlə variantını təsvir edir. Emosiya və hislərimizə hərşeyi idarə etməyə icazə verərək, biz xəstə təxəyyülümüzü heç cürə dayandıra bilmirik. Sadəcə seçim edin, özünüzü hadisələrin gedişində istənilən variantı qəbul etməyə vadar edin. Və siz qorxunun sizi necə tərk etdiyini və onun yerində isə soyuq faktların qaldığını görəcəksiniz.

 

Tərcümə etdi : Məhbubə Gülməmmədova

ŞƏRH YAZIN