Kədəri Müalicə Edin!

0
3612
Kədəri Müalicə Edin!

Bəzən hər şey üstünə üstünə gəlir sanırsan. Problemlər, səni üzən hadisələr... Ancaq əslində kədərin qaynağı, adamı üzən hadisələr ya da problemlərin özü deyil adamın bunlara yüklədiyi mənalardır. 

Eyni hadisə bir adamda kədər yaradarkən digər adamda yaratmaya bilər. Bəzi insanlar, kədərləndiyi mövzuda həll varsa, lazım olanı edər, həll yoxdursa, etməyə bir şey yoxdur, kədərlənməyə dəyməz, deyərək vəziyyəti müsbət qarşılayar, kədər tez sona çatar. 

Bəzilərində isə reaksiya, "niyə mənim başıma gəldi, həmişə belə olur, mən bacarıqsız bir adamam, məndən adam olmaz" kimi mənfi düşüncələrlə mənfi inkişaf edər və bu vəziyyətdə adamda kədərlər uzun çəkər.

Bir adam yolda gedərkən rast gəldiyi yoldaşı salam verməyəndə mənfi düşünən bir adamdırsa "məni adam yerinə qoymadı" deyə düşünər. Amma adam "yoldaşım məni görmədi" deyə müsbət qəbul edə bilərsə, kədər yaşamaz.
 
Necə kömək etməli?

Kədərli adama təsəlliedici sözlər söyləmək adamın kədərini azaltmaz, əksinə artırar. Bu səbəblə əvvəlcə adamın niyə kədərləndiyini anlamaq və bunu başa düşdüyünü hiss etdirmək lazımdır. Ancaq daha sonra həll tapılmalıdır. Tək olmadığını hiss etdirmək bəsdir.

Müalicəsi:

Kədər xronikiləşərsə depressiya olar. Adamda, həyatdan zövq ala bilməmək, xoşbəxtlik, enerji səviyyəsi və fikrini cəmləşdirmək alınmaz və dərman müalicəsi tələb edir.

Kədərdən gülərək xilas olmağa çalışın. Yumor, yəni hadisələrə gülərək baxa bilmək insanı bədbəxtlikdən qoruyar. Ancaq bu gerçəklərdən qaçmaq kimi olmamalıdır. 

Bəzi insanlar depresif olduğu halda güclü rolu oynayar. Bu kəslərdə depressiya ancaq müxtəlif qiymətləndirmələr edildikdən sonra müəyyən oluna bilər. Zarafatlar edən bir adamda bu şəkildə depressiya müəyyən olunması o adamın yaxınlarını da çaşdıran bir vəziyyətdir. 
 
Kədərinizi Müsbət Duyğulara Çevirin.

Burada dünyagörüşü əhəmiyyətlidir. Adam, kədərindən dərs alar isə kədəri qazanca çevirə bilər. Depressiyası olan bir adam depressiyanı məğlub etdikdən sonra özünə "bu depresiya dövrü mənə nə öyrətdi" soruşa bilərsə, bu vəziyyət adamda qazanca çevrilər. Adamın psixoloji müdafiəsi güclənər, hadisələrə baxışı dəyişər. 

 
Korrektor: Abdullazadə Sevinc

ŞƏRH YAZIN