Stressi 25 Addımda Məğlub Et

0
3867
Stressi 25 Addımda Məğlub Et

1. Düşüncə tərzinizi dəyişdirin. Pozitiv davranışları mənimsəyin. Həyatınızdakı stresin mənbəyini tapın. Ən çox nələr sizi narahat və əsəbi edir? Həyatınızdakı stresin səbəblərini kəşf etdikdən sonra dəyişdirib dəyişdirməyəcəyinizə qərar verin. Problemlərinizin hamısını bir-bir həll etməyə çalışın. Lazım olsa kimdənsə kömək istəyin.

2.Davranış tərzinizi dəyişdirin. Düşüncə və duyğularınızı başqaları ilə danışaraq paylaşın. İnsanlara nələrisə edə bilməyəcəyinizi deyə bilməyi öyrənin. " Xeyr" deyə bilmək vacibdir. Hirsinizi və lazımsız hisslərinizi başqalarını incitmədən ifadə etməyi öyrənin. Hirsləndiyiniz an ya özünüzçün mahnı oxuyun, ya da gəzməyə çıxıb hər hansı başqa işlərlə başınızı qatın.

3. Planlı olun, və vaxtdan səmərəli istifadə edin.

4. Zarafatcıl olun. Hadisələrə zarafatla yanaşmağı bacarın. Əylənmək üçün özünüzə vaxt ayırın.

5. İddialı olun. Hisslərinizi və düşüncələrinizi gizləmək yerinə onları üzə çıxarın.

6. Özünüzə vaxt ayırın.

7. Həyat tərzinizi dəyişdirin.

8. Ailənizlə birlikdə vaxt keçirin. Ailə, qonşu və yoldaşlarınızla olan əlaqələrinizdən faydalanın.

9. İçki və siqaretdən uzaq olun.

10. Xəyallarınızda xoş hadisələri canlandırın.

11. Lazımı qədər yatın.

12. İdman hərəkətləri edin.

13. Sizi rahatlaşdıran xobbilərinzlə məşğul olun və ya ev heyvanı saxlayın.

14. İsti və soyuq duş qəbul edin.

15. Kisələnmək vücüddakı toksinləri atmağa kömək edir.

16. Musiqini sevirsizsə, sizi rahatlaşdıran musiqilərə qulaq asın.

17. Təmiz havada çoxlu gəzin. Təbiətin seyrinə çıxın.

18. Sakit bir insan kimi hərəkət  edin və özünüzü elə hiss edin.

19. İnsanı ən çox stresə salan ayaqlardır. Ayaqlarınızı nəmləndirici krem və ya yağlarla masaj edin. Əllərinizi də ovun, bu isinməyə kömək edir  və sakitləşdirir.

20. Ağ yaxud açıq rəngli, təbii tonlarda geyimlər geyinin. Mavi, yaşıl və çəhrayı rənglər sakitləşdirir.

21. Əlimizin üstü sakitliyə ən yaxın addımdır. Barmaqlarınızla əlinizin üstünü sığallayın.

22. Lavanda və çobanyastığı sakitləşdirir. Vanna qəbul edərkən istifadə etsəniz faydasını görərsiniz.

23. Dəniz, duzlu su və dalğa da sakitləşdirir.

24. Sakitləşmək üçün özünüzə bir yer seçin. Bu sevdiyiniz kreslo və bunun kimi yerlər ola bilər.

25. Qidalanmanıza diqqət edin.

Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN