Zehni Cəhətdən Güclü Olmağın Beş Xüsusiyyəti

0
10729
Zehni Cəhətdən Güclü Olmağın Beş Xüsusiyyəti

Zehni cəhətdən güclü olan insanlar stressli mühitin onlara təsir etməsinə və onları  idarə etməsinə icazə verməzlər . Onlar üçün:

1.Stress həyatın bir hissəsidir.
Bəzi insanlar vaxtlarını və enerjilərini, “Niyə ancaq mənim başıma gəlir?”,”Niyə mən?” Bu kimi suallara cavab axtarmaqla vaxtlarını itirərkən, ağıllı insanlar çox gözəl bilirlər ki problemlər,tərsliklər və çətinliklər yaşadığımız həyatın bir hissəsidir və bunlar qaçılmazdır.Bu düşüncəyə malik olan insanlar stressə səbəb ola biləcək vəziyyət yarandığında bütün enerjiləriylə stressin öhdəsindən gəlməyə çalışırlar.Vacib olan irəliləməkdir.Olduqları vəziyyətləri dəyişdirməsələr belə düzəldə biləcək addımları ata biləcəylərini bilirlər. 
İdarə edə bilmədikləri hadisələrə görə özlərini incitmək yerinə , həyatlarında idarə edə bildikləri şeylərə fikirlərini yönəldirlər. Davranışlarının idarə edə biləcəkləri ən yaxşı şey olduğunu bilirlər və ona görə bir çıxış planı qurarlar.
2.Pessimistlikdən uzaqdırlar.
Pessimistlikdən və mənfi düşüncə tərzindən uzaq dururlar.Problemlərə ağıllı və konstruktiv həllər tapırlar.Zehni cəhətdən güclü olan insanlar, çətinlikləri dəqiq bir perspektiv ilə ələ alırlar.Ancaq zehni olaraq güclü olmaq hər hadisəyə müsbət yanaşmaq demək deyil.Əksinə hadisələrə həm həqiqi həmdə məntiqlə yanaşırlar.Pessimistlik insanın içində vəziyyəti daha da çətinləşdirir.Aparılan bir təqiqata əsasən, insanların narahatlıqlarının 90 faizinin reallaşmadığını,reallaşanların da yarısının qorxulduğu qədər pis olmadığı aydın olmuşdur.Zehni cəhətdən güclü olan insanlar pessimistlikdən uzaqdırlar.Onuda unutmamaq lazımdır ki, bir optimist işığı görən, bir pessimist isə işığı daim söndürən adamdır.
3.Əqli və fiziki sağlamlıq vacibdir.
Əqli cəhətdən güclü insanlar fiziki sağlamlıqlarının ruh sağlamlıqları üçün nə dərəcədə əhəmiyyətli olduğunu dərk edirlər.Belə insanların normal yuxu rejimi var. Sağlam qidalanma rejimini yerinə yetirirlər.Stressdən qaçmaq üçün gəzintiyə çıxır,təmiz hava alır, yeni hobbilərlə məşğul olurlar.Əqli  sağlamlıqlarına ən azı fiziki sağlamlıqları qədər əhəmiyyət verər və buna görə davranarlar.
4Özünə inam hissi olan insanlardır.
Özünə inamlı şəxslərdir.Olduqları vəziyyətlər ilə insanları bir-birindən seçə bilirlər.Daxili səsləri inkişaf etmişdir.Özlərinə müsbət məsləhətdə olub, qiymətləndirmələr edərək,səhvlərini düzəltmək üçün yollar axtarırlar.Hər zaman yeni məlumatlara açıqdırlar.Yeni məlumatların baxış tərzimizi dəyişdirəbiləcəyini yaxşı bilirlər.
Çətinliklərin özlərini daha güclü və daha yaxşı bir fərd halına sala biləcəyinə inanırlar. Bu günü yaşayıb, gələcək üçün plan qurarlar.Həyata fərqli mövqedən baxmağı bacaran,özünə inanan və güvənən insanlardır.Müsbət düşüncələriylə  özünə inam hissini hərəkətə keçirə bilirlər.
5.Risk etməkdən çəkinməzlər.
Zehni olaraq güclü ola bilmək üçün dəyişməyə uyğunlaşmaq vacibdir. Qeyri-müəyyənlik cəsur olmayan insanlar üçün maneə təşkil edə bilər,ancaq zehni cəhətdən inkişaf etmiş insanlar üçün bu bir maneə deyil, sərhədlərin bir addım kənarına gedə bilmək fürsətidir.Qorxu,narahatlıq, qayğı kimi mənfi xüsusiyyətləri olan insanı ancaq geriyə doğru çəkər.Zehni güclü olan şəxslər irəliləmək üçün risk eləməyi bacarmaq lazım olduğunu bilirlər.
 
Tərcümə etdi: Könül İsgəndərli
 

ŞƏRH YAZIN