Dağınıqsız Deyə Kədərlənməyin Sevinin

0
4338
Dağınıqsız Deyə Kədərlənməyin Sevinin

Dağınıqlıqdan gəlinlər, analar daim şikayət edər. Hətta insanlar bu mövzuda özlərinə belə vaxtaşırı əsəbləşir.Bəs dağınıqlıq pis bir şeydir?

Aparılan araşdırmalar, dağınıqlığın yaradıcılıqla mütənasib olduğunu ortaya qoydu. Dağınıq yaşayan insanların isə tənbəl deyil, beyinlərinin müxtəlif çalışdığını göstərir.

Minnesota Universitetindən Kathleen Vohun apardığı araşdırmalar,dağınıq insanlarla bağlı ümumi düşüncəni dəyişdirəcək tərzdəndir...

DAĞINIQLIQ YARADICILIQ DEMƏKDİR!

Adi insanlar,qrup normalarına əməl edib stollarının üstünü daim nizamlı tutmağa çalışırlar.Yaradıcı insanlar isə öz qaydalarını yazıb beyinlərindəki nizama görə stollarını düzəldir. Kənardan baxanlar üçün xaosdan doğan bu rejim dağınıqlıq kimi görünsə də, əslində yaradıcı insanların düşünməsini təmin edir.

Yaradıcı insanların beyinləri daha fərqli çalışdığı üçün, dağınıqlıq əslində onların beyinlərini əks etdirir. O anda ağıllarında olan hər işi, ya da obyekti qarşılarında görmək istəyir. Bu dağınıqlığı beyinlərində birləşdirib yaradıcı işlər ortaya qoya bilirlər.

Dağınıqlıqla bağlı məşhur Albert Eynşteynin bu barədə gələn bir suala verdiyi cavab əslində hadisəyə nümunə göstərir . Eynşteyn, "əgər stollar beynimizin içini əks etdirirsə, stollarımızın üstü boşdusa nə düşünməyimizi gözləyirsiniz"? deyərək bu psixoloji məlumatı illər əvvəl ifadə etmişdir.

 

TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI

ŞƏRH YAZIN