Yalan Barədə.

0
1050
Yalan Barədə.

Elmi araşdırmalara görə yalan özünümüdafiə vasitəsidir. İnsanlar qarşı tərəfdə müsbət təəssurat yaratmaq üçün bu cür vasitələrə düşünmədən əl atırlar.

Orta statistik hesablamalara görə insanlar gün ərzində minimum 20-25 dəfə yalan danışır. Yalan danışmağa meyli olan insanlar isə şəkərli diabet xəstəliyinə tutulma riskinə daha yaxın olur.
Məşhur psixoloq Ziqmund Freyd demişdir ki, insan psixologiyası yalana görə üç cür formalaşır. Həqiqi dürüst olanlar, dürüst olmağa çalışanlar və dürüst olmadıqları halda, insanları buna inandırmağa çalışanlar. Elm adamları üçüncü kateqoriyaya aid olanları daha təhlükəli hesab edirlər.
Bəzən yalan danışmağımıza tam fərqli səbəblər olur. Məsələn, biz gün ərzində heç də qəşəng görünməyən həmsöhbətimizə “bu gün necə də gözəl görünürsən” deyə, bəzən isə heç də qəşəng olmayan bir libasa “sənə əntiqə yaraşır” kimi ifadələrdən istifadə edə bilərik. Burdan da aydın görünür ki, yalan danışmaqda bir məqsəd də həmsöhbətin qəlbinə dəyməməkdir.
 
Yalan bir çox sahələrdə daha çox inkişaf edib. Bura sevgi, iş, biznes və dostluq münasibətləri aiddir.
 
İnsanlar sevərkən daha çox yalan danışır.
 
Psixoloqlar bildirirlər ki, insanlar ən çox sevərkən yalan danışırlar. Buna itirmək qorxusu, qarşısındakını özünə heyran etmək istəyi kimi hisslər səbəb olur. Münasibət zamanı isə ən çox yalanın qız, ya oğlanın danışdığını hələ də müəyyən etmək mümkün olmayıb. Bu, birbaşa olaraq fərdlərin keçmişi ilə əlaqəlidir.
 
Korrektə etdi: Hürü Mustafayeva

ŞƏRH YAZIN