Arzularına Ilk Sən Inan!

0
2487
Arzularına Ilk Sən Inan!

İstəklərinizin reallaşması sizə mümkünsüz görünə bilər. Ola bilər düşünürsünüz ki, "bu arzu məni aşar". Amma həyatınızın ən böyük səhvini də orda buraxırsınız. Siz öz arzularınıza inanmadıqdan sonra kim inanar? Odur ki, işə özünüzü inandırmaqdan başlayın.
1. Tam olaraq nə istədiyinizi bilin.
Əgər siz də nə istədiyinizi tam olaraq bilmir və bir qərarsızlıq içindəsinizsə, hədəfə çatmağınız, həqiqətən, çətin olacaq. Hədəfinizi konkret bir formada qurmalı və planlarınızı ona uyğun müəyyənləşdirməlisiniz. İlk başda nə olmaq istədiyinizə baxın. O istiqamətdə təhsil alın, öyrənin və araşdırma aparın. Biri sizə "niyə" deyəndə, qarşısında kəkələməyin, "eee, ımmm" deməyin.
2. İstədiyiniz şey məntiqli və faydalı olsun.
Əgər istəyiniz heç bir məntiq və fayda vermirsə, buna sahib olmaq, həqiqətən, çətin olacaq. Kimsə sizə elə belə kömək etmək istəməyəcək. Buna görə bir nəzəriyyəniz varsa, əvvəlcə onu məntiqli olaraq dəstəkləyici fikirlər tapın. Belə olarsa, mütləq biri də bu mövzuda yardım etmək istəyəcəkdir. Maddi cəhətdən kömək etməyə bilər, mənəvi cəhətdən mütləq dəstək olacaqdır. Nəticədə hər şey pul demək deyil. Bəzən puldan daha önəmli və təsirli fikirlər vardır.
3.Sizə kömək edəbiləcək potensiala sahib insanlardan yardım istəyin.
Xüsusilə bir probleminiz varsa, ya da yeni bir işə başlayacaqsnızsa, məsləhət almalı, mütləq işinizlə əlaqədar biliyə sahib insanlardan dəstək almalısınız. Mövzu ilə əlaqədar heç bir fikrə sahib olmayan insanlardan kömək istəmək məntiqsiz addım olacaqdır. Sizə fayda vermək əvəzinə, zərər də gətirə bilər, ağlınızı qarışdıracaq doğruları yalnış olaraq görəbilərsiniz. Buna görə də mütləq bu mövzu ilə əlaqədar bilik və təcrübəyə sahib insanlara danışın.
4. İstəklərinizdə qətiyyətli olun.
Bəzən istədiyiniz həmin an olmaya bilər, ya da istədiyiniz kimi nəticə verməyə bilər. O mövzuda uğursuzluğa düşmüş ola bilərsiniz. Bu çox təbiidir. Bir şeyi arzu edirsinizsə, mütləq nəticəyə fokuslanmalısınız. Önünüzdəki maneələri bir problem olaraq görməməli, bu müddətdə keçici bir durğunluq olaraq baxmalısınız. Bunun nəticəsində nə qədər qərarlı olduğunuza bağlı olaraq istədiyiniz şeyi əldə etmək daha asan olacaqdır. Əzimli, qərarlı və qətiyyətli bir şəkildə onu istəməyə və əlinizdən gələnin ən yaxşısını etməyə çalışın. Heç bir şey asan əldə edilmir.
5. Əsla həvəsdən düşmə!
Olmur, cəhd etdim alınmadı, heç cürə tutmur kimi cümlələr sizi mənfi düşüncələrlə kökləyəcək və bu da davranışlarınıza təsir göstərəcək. Onsuz davranışlar düşüncələrimizin bir parçası olaraq meydana gəlir. Buna görədə çox müsbət düşünər və o formada danışsanız, qabağınıza şans çıxaracaqdır. Əsas odur ki, siz daima istəkli, pozitiv olun. Beləliklə, davranışlarınız da pozitiv istiqamətdə olacaqdır. İstədiyiniz asanlıqla sizin olacaqdır.

 


Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN