Buddadan Almamız Gərəkən 10 Dərs!

0
8143
Buddadan Almamız Gərəkən 10 Dərs!

Buddizmdə ən müdrik varlıq olan Budda bu dinə görə,mütləq kamilliyə çatmış və başqalarına dini nicat yolunu göstərməyə qadir olan şəxsdir. Hər bir kəsin ondan alması gərək 10 həyat dərsini sizə təqdim edirik:
1.Azdan başlamaq. 
Bu çox normaldır.Kuzə belə birdən-birə dolmur.Hər şey damla-damla çoxalır.Əgər səbrlisinizsə,hər şey sizdə çox uğurlu alınacaq.Yadınızda saxlayın,uğur onu gözləyənə gəlir.Zəhmət çəkənləri tapır.
2.Düşüncə. 
Düşüncəmiz,hər şeyimizdir.Əgər insan beyni neqativlə,mənfi işlər və hərəkətlər haqqında düşünməklə yüklənibsə,onu həyatı boyu mənfiliklər müşaiyət edəcək.Qarşımıza çıxanlar,yaşantılarımızın,düşüncələrimizin məhsuludur.Doğru yaşamaq üçün, doğru düşünməlisən!
3.Bağışlamaq. 
Nə qədər hiddətli olsanız belə,bağışlamağı bacarın.Kini,nifrəti daxilinizdə boğun.Bu,sizi başqalarından fərqləndirər,içinizə rahatlıq gətirər.
4.Etdiklərinizin səbəbi var.
İnkişaf etmək üçün hərəkət etməlisiniz.Şöhrət,uğur,gözəl həyat tərzi,inkişaf zəhmət çəkənlərin yanına gəlir.
5.Anlamağa çalışın.
Biz,həqiqət uğrunda mübarizə aparmağı yadırğamışıq.Birinci anlamağa çalışın,sonra başqasının sizi anlamasına çalışın. Özünüzdən başlayın.Dinləməyi bacarın,nəzərə almağı bacarın.
6.Özünüzə qalib gəlin.
Özünə qalib gəlmək üçün,nəfsinə,şüuruna,düşüncələrinə qalib gəl.Düşüncəniz sizin əlinizdədir.İnkişafınızın,gələcəkdə görmək istədiklərinizin xəritəsini beyninizdə cızın.Düşüncələriniz,sizdən asılı olmalıdır.“Mən öz düşüncələrimi idarə edə bilərəmmi?” sualını verə bilərsiniz.Cavab belədir: “Siz, bir sərçənin başınız üzərində uçmasına mane ola bilməzsiniz,amma, başınız üzərində yuva qurmasna mane olmanız şübhəsizdir”
7.Harmoniyada yaşayın. 
Harmoniya daxilinizdən gəlir.Onu kənarda axtarmayın.Harmoniya - yeni aldığınız avtomobil deyil,ev deyil.Harmoniya daxilinizdə bərqərar olmuş sülh və əminamanlıqdır.
8.Xeyirxah olun.
Şükr edin.Ətrafınızda olan insanlara sidq ürəkdən xoşbəxtlik arzulamağı bacarın.Başqası üçün dua etməyi bacarın.Başqası üçün sevinməyi,uğur diləməyi bacarın.Hirs zamanı beyni hisslər idarə edir,həmin anda səbrli olub,güzgüyə yaxınlaşın.O, qəzəbli insanı tanıyırsınızmı?Məgər o sizsinizmi?Bəs bundan öncəki,gözəl,həlim insan hanı? Müqayisə edin. Hansı yaxşıdır? Hər gün düşünün — Yaşayırsınız. Salamatsınız.
Bəlkə də,sizdən fərqli olaraq bu sabah kimsə oyanmayıb,bəlkə kimsə sonuncu dəfə əbədi yatıb.Amma siz,sağ və salamatsınız.
Təşəkkür etməyi,minnətdarlıq etməyi bacarın.Geniş,mərhəmətli ürəyiniz sizi ucalardan uca edəcək.
9.Əminlik hissi.
Əgər uğursuzluğa düçar olmusunuzsa,səbəb,nə etdiyinizi bilməmək deyil,bunun səbəbi,öz bilgilərnizə arxayın olmamaqdı. Kiminsə istiqaməti, bilgilərinin əminliyi ilə deyil,özünüzə güvən ilə hərəkət edin.
10.Səyahət.
Həyat səyahətdir!Öz xoşbəxtliyinizi,naməlum bir zamana planlaşdırmayın.Qarşınıza qoyduğunuz məqsəd uğrunda mübarizə aparın.Bu mübarizədə qalib gəlin.Gücünüzə inanın.Mən zəifəm,bacarmaram deməyin.Yaşadığınız həyat səyahətinin, rəngarəng,maraqlı,sevinc dolu,xoşbəxtlik dolu olması sizdən asılıdır!

 

Korrektə etdi:Günel İbadova

ŞƏRH YAZIN