Həyatınızın İdarəsini Necə Ələ Keçirərsiniz?

0
1294
Həyatınızın İdarəsini Necə Ələ Keçirərsiniz?

Həyatınızın idarəsini necə ələ keçirərsiniz? 

Çox zaman həyatınızın idarəsini itirdiyimizin fərqində belə ola bilməyəcək qədər məşğuluq ... Və bir gün gəlir ki, illər keçmiş və həyat sizi heç gözləmədiyiniz bir limana gətirmiş ... Həyat ssenarinizi axışına buraxmaq istəmirsinizsə o zaman sizə həyatınızın idarəsini ələ keçirmənizi təmin edəcək ip ucuları.. 

 

Həyatının Idarəsini Əlinə Al 

         Əvvəlki yazımda 'Sürətli Beyin' problemi olanlar üçün həll yolları bəhs etmişdim. Unutqanlıq, dağınıqlıq, tez sıxılma və vaz keçmə, kifayət qədər düşünmədən hərəkət etmə kimi problemlər yaşayan 'Sürətli Beyinlər'in bu xüsusiyyətlərinin çoxunu günümüzdə hamımız sərgiləyirik. Ona görə yazı əslində hər kəs üçün. 

 

Sən səni bil ... 

Dərrakə yalnız 'Sürətli beyin"lərə deyil, hər kəsə lazımdır. Çünki həyat mənə, dərrakə olmadan bütün sınaqların - yaxşı niyyətli belə olsa - boşa gedəcəyini göstərdi. Hər insan əvvəl özünü tanımaq üçün arayışa düşməli. Xoşbəxtliyinin, həyatla ahənginin, yaradıcılığının önündəki maneələri tək-tək keşfetməli. Oxuduğu hər kitab, izlədiyi hər film və qarşılaşdığı hər insan ona özüylə əlaqədar mesajlar verməli. 

 

Kömək istə 

Həyatımızın idarəsini əlimizə almaq üçün qətiyyət və inanc lazımdır. Bu dağınıq 'Sürətli Beyin'lər üçün daha çox çətindir. Bu vəziyyətdə dərrakə və niyyət gücünü istifadə edərək kömək istəyə bilərlər. Həyatlarını nizama salmaq, hədəflərini tapa və hədəfləri istiqamətində gedə bilmək üçün sevdiklərindən, terapevt, koçlardan kömək ala bilərlər. Mən asan asan yardım istəyə bilmirəm. Amma çox sevdiyim bir dostumun söylədiyi kimi 'yoldaşlarından kömək istəməkdən çəkinmə çünki bunu etməkdən xoşbəxtlik hiss edəcəklər'. Həyatda alma və vermə tarazlığını qurmaq əhəmiyyətlidir. 

 

Dizayn et 

Özünü tanıdıqdan və ehtiyaclarını təsbit etdikdən sonra gerisi ağıllı dizaynlara qalır. 'Sürətli Beyinlər' də bunu çox yaxşı  bacara bilirlər. Məsələn

1) Unutqanlıq və dağınıqlığa qarşı ehtiyac siyahıları meydana gətirə bilərlər. Məsələn hər səfərində baş çəkəcəkləri bir səyahət siyahısı edə bilər və çamadan hazırlayarkən bunu istifadə edə bilərlər.

2) Gündəlik və həftəlik proqramlar meydana gətirə bilər, vaciblərini və zaman ayarlarını bunları istifadə edərək edə bilərlər.

3) Telefonlarının təqvim, həyəcan və '24ME' kimi tətbiqlərindən faydalana bilərlər.

4) Diqqətlərinin dağılmasının qarşısını almaq üçün 'musiqi dinləyərək çalışmaq' kimi özlərinə uyğun gələn həllər inkişaf etdirə bilərlər.

5) Edərkən çox çətinlik çəkdikləri bəzi işlərdə sevdiklərindən ya da mütəxəssislərdən kömək ala bilərlər. (viza şirkəti, mühasib, sekretar və s.) 

 

Omega 3 

Əvvəlki yazımda bəhs etdiyim Surman və Bilkey'en 'Sürətli Beyin'ler kitabında yer alan digər bəzi təkliflər isə belədir:

1) Şəkər və hazır qida kimi hiperaktiviteyi tətikləyən qidalardan uzaq dayanmalı.

2) Nizamlı yuxu 'Sürətli Beyinlər' üçün çox əhəmiyyətli.

3) Omega 3 alına bilər, çünki 'Sürətli Beyin' problemində Omega 6-Omega 3 tarazsızlığının da təsiri olduğuna dair araşdırmalar var.

4) Təbii ki məşq etmək də 'Sürətli Beyin'lərə yaxşı gəlir.                                                

 

Dayanmaq Yoxdur 

         Həyat bir oyun. Güvənsizliklərimiz aşaraq bizi geridə tutan kilidləri açmalı, böyüməkdən qorxmamalı, yaratmalı və eşq içində yaşama səyimizi hər vəziyyətdə davam etdirməliyik. Məndən soruşsanız bunun üçün lazımlı ən əhəmiyyətli iki şey özümüzü tanımaq və həyatımızın idarəsini əlimizdə tutmaqdır. Və ola biləcək ən pis iki şey isə ümidi itirmək və dayanmaqdır.  DAYANMAYAQ!

 

 

Tərcümə etdi: Azayeva Aynurə 

ŞƏRH YAZIN