Qadın Və Kişilərdə Aşiq Olma Əlamətləri.

0
5535
Qadın Və Kişilərdə Aşiq Olma Əlamətləri.

Fransız yazıçısı Viktor  Huqo “Eşq bir dəniz, qadın isə onun sahilidir” deyir. 

Hz. Adəmdən bəri eşq, hər zaman həyatın özü olmuşdur. Onunla yaranmış, onunla yaşamış və onunla yaşamağa davam edirik. Aşiq olan zaman bədənimizin kimyası dəyişmiş, fərq edərək və ya etməyərək normal olmayan hərəkətlər və davranışlara yol vermişik. Kiminin üzü nar kimi qızarmış, kimisi isə ağlını həmişə vücudundan birneçə qarış yuxarılarda gəzdirmişdir. İnsandan insana dəyişmişdir bəzi davranışlar. Amma ümumilikdə oxşar halda davam etmişdir  aşiq insanların hal və hərəkətləri. Bəs bu “eşq”in əlamətləri nələrdir? 

İnsan aşiq olduğunu necə anlayar? Ya da siz kiminsə aşiq olduğunu necə başa düşərsiniz? Və ən önəmlisi aşiq olanların göstərdikləri rəftar və davranışlar, yəni əlamətlər illərə və ya yüzillərə görə dəyişiklik göstərirmi?

Dr.Sefa Saygılı “Aşkın terapisi” adlı kitabında qadın və kişi aşiqləri ələ verən davranışları sıralamışdır. 21-ci əsrdə aşiq qadın və kişilərdə aşiq olmanın əlamətləri nələr imiş hamımız görəcəyik. Həmçinin 10-cu yüzildə, yəni tam 11 yüz il əvvəl eşqin əlamətləri nələr imiş onlara baxaq. İbn Həzm, 10-cu əsrdə yaşamış bir şair və elm adamıdır. “Göyərçin boyunbağısı” adlı əsərində eşqin əlamətlərindən danışır. Bəli, eşq həyatın özüdür. İlk insan yaradıldığında da, son insan dünyadan ayrılacağı zamanda da eşq həyatın özü olaraq qalacaq. Və aşiq olanın hər yüzildə əlləri tərləyəcək, gözlərinə sevgilisinin xəyalından başqa xəyal girməyəcək.

21-ci əsrdə aşiq qadınların əlamətləri:

Gözlərinizin içinə dərin bir maraqla baxar. Göz bəbəkləri böyüyər.

Yanınızda və ya ətrafınızdaykən üzü qızarar.

Səs tonunu sizin səs tonuna uyğunlaşdırmaq üçün yüksəldər və alçaldar.

Danışarkən əli tez-tez çənəsinə gedər, yanaqlarına toxunar.

Ovuc içlərini sizə tərəf açıq tutar. Güldüyünüz şeylərə o da sizinlə birlikdə, eyni anda gülər.

İlk gördüyü anda sizdən  təsirlənmişdirsə, qaşlarını qısa müddət içində qaldırıb endirmiş, bunu da gizli bir gülümsəmə izləmişdir.

Sizinlə danışarkən gözlərini normal haldan daha çox qırpar.

Danışma sürətini sizinkinə uyğunlaşdırar. Danışarkən biləklərinə toxunar.

Saçları ilə oynayar.

21-ci əsrdə aşiq kişilərin əlamətləri:

Baxışlarınızı yaxalamağa çalışır. Göz kontaktı qurar, arxasınca gözlərini qaçırar və sonra təkrar sizin gözlərinizə baxar.

Söhbət edərkən sizin qolunuza ya da çiyininizə toxunar, lakin bunu dostluk səmimiyyəti içində etdiyini göstərməyə çalışar.

Tez-tez saçlarını düzəldər.

Qalstukunu ya da boyunbağını düzəldər.

Sizin səsinizi eşidəcək qədər yavaş səslə danışar.

Danışarkən sizə tərəf əyilir.

Başbarmağını  kəmərinə keçirər.

10-cu əsrdə eşqin əlamətləri (qadın-kişi)

Birincisi, sevdiyini dərindən-dərinə seyrə dalmaqdır. Göz ruha açılan böyük bir pəncərədir. Könül tərcüməçisidir göz.

Sevdiyi insandan başqasına deyilməyəcək sözləri varsa insanın onun aşiq olduğu bəlli olar.

Sevdiyinin sözünü can qulağı ilə dinləmək.

Sevdiyinin irəli sürdüyü hər şeydən ötrü heyrət etmək, yalan  söyləsə belə ona haqq vermək. Haqsız olduğu  hallarda belə ona inanmaq eşqin ən önəmli əlamətidir.

Sevdiyinin olduğu yerə getmək üçün tələsmək, onun yanında oturmağın  yollarını axtarmaq və ona yaxın olmağa çalışmaq və ona yaxın olmağa çalışmaq.

Hər birinin  sahib olduğu bir əşya və ya obyektə digərinin sahib olma arzusu.

Gizlincə göz qırpmaq.

Söhbət zamanı digərinin əlinə toxunmağa çalışmaq.

Sevdiyindən danışmaqdan böyük həzz almaq və hər fürsətdə, hər yerdə sevgilidən danışmaq.

Sevdiyi ağlına gəldikcə yeməkdən, içməkdən kəsilmək.

Yalnızlığı sevmək. 

Özündə hərəkətlərini, sərbəst davranışlarını limitləyəcək  xəstəlik kimi bir səbəb olmamasına rəğmən arıqlamaq və halsız düşmək.

Və ən önəmli əlamətlərdən biri də yuxusuzluqdur.

Başqa bir əlamət də, aşiqin sevgilisinin ailəsinə və yaxınlarına maraq göstərməsidir.

Göz yaşları da sevginin önəmli əlamətlərindəndir.

Sevginin bir başqa əlaməti də aşiqin sevgilisinə olan marağı, onun bütün hərəkətlərini yadında saxlaması, önəmli-önəmsiz heç bir şeyi gözdən qaçırmayacaq şəkildə ondan xəbərdar olma narahatlığı və nəhayət, onun bütün hərəkətlərini yorulmadan izləməsidir.

 

 

Tərcümə edən: Cəlalə Yəhyalı

ŞƏRH YAZIN