Motivasiyam Var! Motivasiyan Var! Motivasiyaa...

Motivasiyam Var! Motivasiyan Var! Motivasiyaa...

İnsan resurslarına rəhbərlik edənlərin ən önəmli mövzularından biri də motivasiyadır. Lügətlərdə tam mənası həvəsləndirmək, istək yaratmaq olan motivasiyanın iş həyatındakı qarşılığı da işçilərin daha həvəslə vəzifələrini yerinə yetirmək üçün rəhbərliyin istifadə etdiyi metoddur. Moivasiya vasitəsi bir çox yerlərdə pul olduğu halda, şirkətlərə görə bu yanaşma dəyişir. Bəziləri pul yerinə təşəkkürnamə, diplom, təhsil paketi ilə mükafatlandırma, tətil kimi vasitələrdən istifadə edirlər. 
 
XXI əsrdə iş prosesinin insan həyatında ön plana çıxması ilə motivasiya sözü də həm işçilərin, həm də iş sahibləri tərəfindən daha çox istifadə edilən kəlməyə çevrildi. Bu zamanədə şəxsi mənafeyin hər sahədə ön plana çəkilməsi, insanın bacarmaq ehtiyacı, işçi və şirkətin gözlədiklərinin kəsişdiyi sahələrdə enerjini ən yüksək səviyyədə saxlamaq istəyi mövzunun vacibliyini bir daha bizlərə sübut edir.
Şirkətlərdə motivasiya artıracaq ilk insan: işçinin, iş mühiti daxilində və ya xaricində bütün ehtiyacını anlayan və başa düşdüyünu qarşısındakı insana göstərə bilən rəhbərdir. Rəhbər hər mənada komandasının nəyi gözlədiyini, bacarıq və istəklərini bilər və yönləndirərsə, həm şəxsi, həm də komanda motivasiyasını qorumuş, hədəflərə çatmağı da asanlaşdırmış olar. 
 
İstər şəxsi motivasiyanız, istərsə də komanda motivasiyası olsun, idarə edə bilmək üçün spesifik hədəf seçmək lazımdır. Çünki insan çox vaxt özünü haqlı çıxartmaq üçün gözləntiləri istiqamətində hərəkət edər. Bütün detalları ilə dəqiq hədəf seçməli, zaman-zaman özünə və komandasına xatırlatmalıdır. İçərisində zaman tələbi qoyulan, digərlərinə görə daha vacib olduğu aydındır.
 
İnsanları hədəflərinə götürən ən önəmli yol, bu hədəflər üçün hiss etdikləri inamdır.
 
İstər iş, istərsə də şəxsi həyatınızda çatmaq istədiyiniz məqsədlərə motivasiyalı getmək üçün
- Hədəfinizi seçərkən dəqiq olun və ən yüksəyini seçin. Beləliklə, aradakı kiçik maneələr gözünüzə kiçik görünəcək, qarşınıza çıxanda da kiçik olduğundan yox olacaqdır.
- Məqsədinizə gedən yolu planlaşdırın. Bir yox-məqsəd xəritəsi yanınızda hər zaman olsun.
- Hədəfinizə çatdığınızda olacağınız yeri xəyal edin. Hədəfinizdən kənarlaşdığınız an, sizi təkrar o hədəfə bağlayan bir şəkli, bir yazını mütləq yanınızda saxlayın. Baxdığınız an doğru yolda olduğunuzu hiss edin.
- Yaxınlarınıza hədəflərinizdən söhbət açın. Lazım olanda bu hədəfi sizə xatırlatsınlar. Lazım olanda bu insanların sizə məsləhət vermələrinə icazə verin.
- Hədəfinizə gedən yolda, başqa istiqamətlərə dönəcək və hədəfniz ilk qərar verdiyiniz andan etibarən dəyişikliklərə məruz qalacaqdır. Burada vacib olan nəticədən məmnun qalmağınız. Daxilinizə diqqət yetirib, sizi nəyin xoşbəxt edəcəyinə əmin olun və o istiqamətdə irəliləyin. 
-Hədəfinizi təxirə salmayın. Bu gün, indi həmin hədəfə doğru irəliləyin. İş həyatında motivasiya ilə əlaqədar son söz Konfutsidən:
Yaşlı dövlət adamlarından biri Konfutsidən soruşur: 
“ İnsanları necə ciddi və sadiq edə bilərəm ki, həvəslə işləsinlər?”
Konfutsi dedi ki:
“Onlara rəhbərlik edərkən hörmətini əskik etmə ki, ciddi olsunlar. Ata kimi və şəfqətli ol ki, sadiq olsunlar. Yaxşını sövq et, təcrübəsizə öyrət ki, həvəsli olsunlar...”
 
Tərcümə etdi: Sarah Nəcəf

ŞƏRH YAZIN