Uğurlu İş Qadini Olmağin 5 Sirri

0
3346
 Uğurlu İş Qadini Olmağin 5 Sirri

QADINLARIN KARYERALARINI MƏHV EDƏN FAKTORLARI ÖYRƏNIN VƏ UĞURA GEDƏN YOLDA BUNLARDAN UZAQ OLMAĞA ÇALIŞIN.
 
Kişilərin dominant olduğu bir cəmiyyətdə qadınların yüksək vəzifələrdə işləməyinə maneə törədən mühakimələrdirmi, yoxsa problem qadınların öz davranışlarındadırmı? Şübhəsiz ki, mühakimələr var. Ancaq qadınların da bu mühakimələrə xidmət edən və öz özlərini aşağı çəkən davranışları var. Məsələn, uğurlu olmaq üçün iş yerinə necə geyimlə getmək lazım olduğunu bilirik, bəs necə ünsiyyət qurmaq lazım olduğunu bilirikmi?
 
Araşdırmalar, kişilərin əksəriyyətən işlədikləri xanımların, məhz onlar ilə olan ünsiyyət tərzlərindən narahat olduğunu göstərir. Buna görə də, qadınların iş yerlərində qarşı cinsləri narahat etməyəcək bir ünsiyyət tərzi inkişaf etdirmələrinin və istifadə etmələrinin lazım olduğunu düşünürəm.
 
Bu gün sizlərlə fərdi inkişafınızda, uğura gedən yolda uğurlu iş qadını olmaq üçün bilməyiniz lazım olan 5 sirrdən danışmaq istəyirəm.
 
1.Şifahi dil və danışıq tərzi.
 
Şifahi dil və danışıq tərzinizdə etdiyiniz səhvlərə görə problemlərmi yaşayırsınız? 
İşçiləriniz dediklərinizi etmirsə və iş yerində fikirləriniz ümumiyyətlə qəbul olunmursa, bunların niyə belə olduğu haqda düşünməniz lazımdır. Bəlkə də özünüz də bilmədən davranış və danışıqlarınızla qarşınızdakına sizin fikirlərinizin çox əhəmiyyətli olmadığını söyləyirsiniz. İstifadə etdiyiniz sözlər zəifdirsə, bədən dilinizin nə qədər təsirli və səs tonunuzun nə qədər güclü olduğunun bir əhəmiyyəti yoxdur. Məsələn "Mənim ki, sadəcə yeni bir ideyadır", "Təklif etmək istəyirəm" və ya "Mən bu mövzuda yeniyəm" kimi ifadələr sizin təsirinizi zəiflədən tərzdə danışıq qaydalarıdır.
 
"Ümid edirəm ki,", "İnşallah", "Bəlkə", “Yəgin ki, "," Ola bilər ", "Mən belə hiss edirəm", "Mən belə düşünürəm" kimi ifadələr istifadə etmək sizin inandırıcılığınızı zəiflədə bilər. Sizə təlim keçən pedaqoqun "Bu texnikanın mən yaxşı ola biləcəyini düşünürəm" və ya sizə məhsul satmaq istəyən bir satıcının "Ümüd edirəm ki, bu məhsul sizə faydalı ola bilər" dediyini düşünün. Birbaşa "Mən yaxşı bilmirəm" və ya "Məhsul yaxşı deyil" deməklərinə heç ehtiyac yoxdur. Sizə elə gələr ki,dediklərinə özləridə əmin deyillər, öz sözlərinin arxasında durmağa çəkinirlər.
 
Bəzi qadınlar danışdıqdan sonra başqalarından onların sözlərini təsdiqləmələrini gözləyirlər. "Belə etsəm olarmı?", "Bu yaxşı fikirdimi, nə düşünürsünüz?", "Ümid edirəm ki, bu işi yaxşı görmüşəm" kimi ifadələr zəiflik gösdəricisi cümlələrdir.
 
Davamlı üzr istəmək də düzgün hərəkət deyil. Hər kəs bəzən səhv edə bilər. Üzür istəmək yerinə məsuliyyət götürün və düzəldin.
 
Zəif terminlər yerinə aşağıda verilən sözlər kimi güclü ifadələr istifadə edin:
 
Zəif ifadələr                     Güçlü İfadələr
Zənnimcə                         Bilirəm
İnanıram ki                       Əminəm
Bəlkə də                           Dəqiq
Problem                            Fürsət
Narahat oluram                 Maraqlanıram
 
2.Çox tez-tez baş yelləmək.
 
Qadınların iclaslarda və çıxışlarda qarşısındakına "Sizi anlayıram" mənasındakı çox tez baş yelləmələri kişilər tərəfindən səhv başa düşülür. Kişilər bunu “məndə sizinlə eyni fikirdəyəm” kimi başa düşür.
 
3.Sozünüzün kəsilməsinə icazə vermək.
 
Kişilər qadınların sözünü kəsib dərhal öz fikirlərini söyləməyə meyillidirlər. Buna tez-tez icazə verən qadınlar öz fikirlərini söyləməyə çox zaman fürsət tapa bilmirlər. Belə vəziyyətlərdə məsələn "Hələ sözümü bitirmədim" və ya "Xahiş edirəm sualınızı unutmayın" deyə cavab verə bilərsiniz.
 
4.Cazibədar geyinmək.
 
İlk təəssürat 7 saniyədə baş verir. İlk təəssüratda paltar və görünüş ən təsirli vasitədir. Həddindən artıq qısa ətək, gərəyindən çox makiyaj və çox yüksək dikdaban ayaqqabılar karyerasına əhəmiyyət verən bir qadın görünüşündən daha çox, ciddi görsənməyən abu-hava yaradır. Gözəl görünüşdən güzəştə getmək məcburiyyətində deyilsiniz, amma həddindən artıq diqqət çəkici də olmayın. Hədəf: professional olaraq cazibədar olmaq və diqqət cəlb etməkdir. Karyerasına əhəmiyyət verən insan, üst mövqedəki insanlar kimi geyinməyi bacarmalıdır.
 
5.Kütlə qarşısında danışmaq.
 
Cəmiyyət qarşısında çıxış etmək ən çox qorxulan mövzulardan biridir. Çox qadın işçilər, cəmiyyət və ya qrup qarşısında danışmaqdan çəkinir. Kütlə qarşısında danışmağı və ya bir təqdimat etməyi özünüzü göstərmək və ünsiyyət qurmaq üçün bir fürsət olaraq görün. Belə vəziyyətlər üçün əvvəldən hazırlaşın. Güzgü qarşısında məşqlər edin. Cəmiyyət qarşısında özündən əmin və ağıllı danışmaq sizi yaşıdlarınızdan fərqləndirəcək. 
Konfranslarda, seminarlarda, simpoziumlarda, iclaslarda, təqdimatlarda və təlimlərdə çıxış etmək müvəffəqiyyətli iş qadını olmaq yolunda effektivliyinizi, etibarlılığınızı və səviyyənizi yüksəldəcək.

ŞƏRH YAZIN