Evə Diqqət, Maşına Diqqət Bəs Qəlbə?

0
4808
Evə Diqqət, Maşına Diqqət Bəs Qəlbə?

Çox varlı amma xəsis bir adam, bir müdrikin yanına gəlib nəsihət almaq istəyir. Müdrik onu pəncərəyə aparıb soruşur:

“Pəncərəyə baxdığında nə görürsən?”
 
“Yoldan gəlib keçən insanlar görürəm. Bir də yolun kənarına oturmuş, dilənən kasıb bir adam var.”
 
Müdrik başqa bir otağa gedib əlində böyük bir aynayla dönüb, soruşur:
 
“Yaxşı, bu aynaya baxdığında nə görürsən?”
 
“Özümü.”
 
“Yəni artıq başqalarını görmürsən! Fərqindəsənmi? Pəncərə şüşəsi də ayna da eyni maddədən, yəni şüşədən hazırlanmışdır, amma ayna şüşəsinin üstünə nazik  bir gümüş təbəqəsi örtüldüyü üçün ona baxdığında özündən başqasını görmürsən.
Elə insan ürəyi də şüşə kimi şəffafdır, başqalarını görməmizə mane deyil vəsilə olur. O zaman onlara mərhəmət göstəririk.
 
Nə zaman ki qızıl, gümüş kimi dünya bəzəkləriylə qəlbimizi örtsək, o zaman yalnız özümüzü görərik. Ürəyimizdən də mərhəmət çəkilib alınar. Lazım olan, qəlbini təmizləməkdir. Qızılları və gümüşləri cibində daşımalısan, ürəyində deyil. O zaman eqoizmdən xilas olub başqalarına mərhəmət bəsləməyə başlayarsan.”
 
Qəlbi ilk ankı saflıq və şəffaflığında tutmaq, onunla başqa qəlblərə yol almaq, qəlbi qorumaq insanoğlunun ən birinci məsuliyyətidir. Çünki qəlb qorunmağa möhtacdır, işğallara açıqdır, avaraçılığa meyillidir və tez aldanandır.
 
Ən kiçik bir ləkəyə diqqət edilməzsə qısa müddətdə ürəyi tamamilə ələ keçirər. Qəlbdəki əhəmiyyət vermədiyimiz bir iz, az sonra yüzlərlə iz buraxar arxasında. Gündən günə ürəyin işıqlı çöhrəsi qaralmağa başlayar. Bu səbəblə insan ürəyini tez-tez yoxlamalıdır.
 
Sıxıntıların, kinin, sinirin, eqoizmin ürəyə əkdiyi toxumlar cücərmədən sökülüb atılmalıdır.
 
 
Tərcümə etdi: Aytən İsmayılova
 

ŞƏRH YAZIN