Heç Bir Şey Göründüyü Kimi Deyildir

0
11495
Heç Bir Şey Göründüyü Kimi Deyildir

İki səyyah mələk, gecəni keçirmək üçün olduqca varlı bir ailənin evinin qapısını döymüşlər. Ailə, çox kobud bir üslubla, mələklərə yatacaq yer olaraq iri sarayın qonaq otaqlarından birini vermək yerinə, soyuq zirzəmidəki kiçik bir küncü göstərmiş.

Mələklər buz kimi otağın soyuq və sərt zəminində özlərinə yatacaq bir yer hazırlamağa çalışarkən,
 
Yaşlı mələk divarda bir dəlik görmüş və qalxıb dəliyi təmir etməyə çalışmış.
 
Gənc mələk, yaşlı mələyə bu hərəkətinin səbəbini soruşduqda, yaşlı mələk yüngülcə gülümsəmiş:
 
Hər şey, hər zaman, göründüyü kimi deyildir…
 
Səhər saraydan ayrılan mələklər, gecə yaxınlaşanda bir də qalacaq yer tapmaq ümidiylə, bu dəfə çox kasıb Bir cütçü Ailəsinin qapısını döymüşlər.
 
Son dərəcə qonaqpərvər olan kasıb ər-arvad , süfrələrində nə var nə yoxsa mələklərlə bölüşdükdən sonra, onlara rahatca yatmaları üçün öz yataqlarını verərək yanlarından ayrılmışlar.
 
Səhər günəş doğanda, mələklər yazıq ər-arvadı göz yaşları içində tapmışlar: Yeganə dolanışıq qaynaqları olan tək inək tarlalarının ortasında cansız yatıb.
 
Gənc mələk bu səfər yaxşıca hirslənərək yaşlı mələyə üsyan etmiş:
 
Bunun olmasına necə icazə verə bildin? O varlı kobud adamın hər şeyi vardı, amma sən qalxdın ona yenə də kömək etdin. Bu yaxşı ürəkli kasıb ailənin isə o tək inəkdən başqa heç bir şeyləri yox idi; Buna baxmayaraq onu belə paylaşmağa könüllü oldular.Ama sən o inəyi də itirmələrinə icazə verdin!
 
Bunun üzərinə yaşlı mələk, gənc mələyə dönərək bu cavabı vermiş:
 
Hər şey, hər zaman, göründüyü kimi deyildir. O zəngin sarayın zirzəmisində qaldığımız gecə, divardakı dəliyin dibində külçə-külçə qızıl gizli olduğunu fərq etdim.Sarayın sahibi bu qədər acgöz olduğu üçün və özünə verilmiş şans sayəsində əldə etdiyi zənginliyin bir parçasını belə paylaşmağa yanaşmadığı üçün, mən də o dəliyi elə bir bağlayıb möhür vurdum ki, artıq axtarıb tapsa da aça bilməz.
 
Və davam etmiş:
 
Sonra, dünən gecə biz cütçü ailəsinin yatağında yatarkən, ölüm mələyinin o fermerin arvadını almağa gəldiyini gördüm. Mən də onun yerinə ölüm mələyinə inəyi verdim.
 
Yaşlı mələk, gülümsəyərək bir daha Əlavə Etmiş:
 
Hər şey, hər zaman, göründüyü kimi deyildir. Bəzən, işlər istədiyimiz kimi başa çatmadığından, əslində bizim də başımıza gələn Tam da budur elə. Əgər inanırsınızsa, etməniz lazım olan şey yalnız, hər nəticənin hər vaxt sizin lehinizə olduğuna inanmaqdır. Bunun bu cür olduğunu, ancaq müəyyən bir zaman sonra öyrənəcək olsanız belə, bəzi insanlar, həyatımıza girərlər və tez çıxarlar. Bəziləri isə, dostumuz olur və bir müddət orada qalırlar. Ürəklərimizdə o gözəl ayaq izlərini qoyaraq. Və bu, yaxşı bir dost qazandığımız üçün, bir daha əsla əvvəlki kimi Olmayacağıq deməkdir! Dünən, tarix oldu. Sabah, bir sirrdir. Bu gün isə bir ərmağan. Məncə, bu çox özəl bir şeydir… Hər anı doyunca yaşayın və dadını çıxarmağa baxın.
 
Həyat, bir kostyumlu məşq deyildir!
 
 
Bil ki tam bu anda-birisi səni düşünür. Biri sənə dəyər verir.
 
Birisi sənə görə darıxır.
 
Birisi səninlə olmaq istəyir,
 
Birisi sənin başının bəlada olmadığına ümid edir.
 
Birisi ona verdiyin dəstək üçün sənə təşəkkür edir.
 
Birisi sənin adına Hər şeyin yaxşı başa çatmasını ümid edir.
 
Birisi sənin xoşbəxt olmağını istəyir.
 
Birisi sənin uğurlarını qeyd edir.
 
Birisi Sənə bir hədiyyə vermək istəyir.
 
Birisi sənin bir ərməğan olduğunu düşünür.
 
Birisi səni sevir.
 
Birisi sənin gücünə heyran qalır.
 
Birisi səni düşünür və gülümsəyir.
 
Kimsədən ümidlərini almayın.
 
Sahib olduğu tək şey bu ola bilər.
 
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN