Çətin İş Günündən Sonra Yorğunluğu Necə Atmalı?

0
2283
Çətin İş Günündən Sonra Yorğunluğu Necə Atmalı?

Ağrısını aradan qaldırmaq istəyən bir adam, özünə kömək etməsi üçün buddist məbədindəki bir ustaya gedir.

Adam ustadan soruşur:
- "Usta, əgər gündə dörd saat meditasiya etsəm, yüksək şüuru əldə etməyim nə qədər vaxt alar?"
Usta adama baxır və cavab verir:
- "Əgər gündə dörd saat meditasiya etsən, bəlkə on ildə yüksək şüur əldə edə bilərsən."
Bundan daha yaxşısını edə biləcəyini düşünən adam yenə soruşar:
- "Yaxşı, usta  gündə səkkiz saat meditasiya etsəm yüksək şüura çatmaq nə qədər vaxt alar?"
Usta adama baxır və cavab verir:
- "Əgər gündə səkkiz saat meditasiya etsən, bəlkə iyirmi ildə yüksək şüura sahib ola bilərsən."
Adam təəccüblənir və soruşur:
- “Daha çox meditasiya etdiyim halda nə üçün daha çox zaman alır?"
 Usta təbəssüm edir.
- "Sən bu dünyaya həzzi və həyatı fəda etmək üçün gəlmədin. Yaşamaq, xoşbəxt olmaq və sevmək üçün buradasan. Əgər iki saatlıq bir meditasiyada edə biləcəyinin ən yaxşısını etdiyin halda, səkkiz saat meditasiya etməyə çalışsan yorğun düşərsən, məqsədindən yayınarsan və həyatdan həzz ala bilməzsən. Edə biləcəyinin ən yaxşısını et. O zaman meditasiyanın müddətinin deyil, yaşamanın, sevmənin və xoşbəxt olmanın əhəmiyyətli olduğunu anlayarsan. "
 
Müdrik adam deyir ki: Əhəmiyyətli olan "olmaq" deyil "etmək" - dir. Əhəmiyyətli olan "etmək" də deyil, anlamaq, bilmək, "cəhd etməkdir."  Biz həyat fiqurları olmağa çalışırıq...
 
 
 
Tərcümə etdi: Aytən İsmayılova

ŞƏRH YAZIN