İnsanlar Necə Hipnoz Edilir?

0
8278
İnsanlar Necə Hipnoz Edilir?

Hipnoz tam olaraq nədir? Trans nədir? Necə hipnoz edilir? Harvard Universiteti Tibb Fakültəsindən Dr. Elvira Lanq 80 yaşlı bir xəstəni, əməliyyatdan əvvəl bu cür sözlərlə hipnoz edilmişdi:

İnsanlar trans halında soyuq obyektləri od kimi qavrayır, hətta heç ağrı hiss etmədən əməliyyat ola bilir. Beyin üzərində görülən son işlər, hipnoz və transla bağlı yeni həqiqətləri ortaya çıxarır.
 
Londondakı Lister Xəstəxanasında döş xərçəngindən əməliyyat olan Pippa Plaisted, sinəsi kəsilərkən iztirab içində olmalıydı. Əməliyyat üçün anesteziya edilməmiş, hətta ağrıkəsici belə verilməmişdi. Amma o heç bir ağrı duymurdu. Hipnoz mütəxəssisi Çarlz Montigue, baş barmağını alnına qoyub, yanında dikilmişdi. Əməliyyatın ardından Plaisted, "Cərrah içimi kəsib tikirdi, amma mən heç nə hiss edə bilmirdim - demişdi.
 
Artıq çox sayda həkim, regional və ya ümumi anesteziya yerinə hipnozu istifadə edir. Son illər minlərlə əməliyyatda bu üsul seçim edilib. Stanford Universitetinin Tibb Fakültəsindən hipnoz mütəxəssisi, Professor David Spiegel, "Hipnoz ağrıkəsici olaraq dərmandan aşağı qalmaz deyir. Hipnoz həqiqətən də ağrıkəsici və sakitləşdiricilər kimi təsirli ola bilir. Ancaq, Pippa Plaistedin vəziyyətində olduğu kimi, əməliyyat zamanı heç anesteziya edilməzsə, xəstənin dərin transa girməsi lazımdır. Spiegel, araşdırmalara görə, yetkin insanların yalnız yüzdə 10-15inin dərin transa girdiyini bildirir.
 
Təbii olaraq ağla bir çox sual gəlir. Hipnoz tam olaraq nədir? Trans nədir? Necə hipnoz edilir? Harvard Universiteti Tibb Fakültəsindən Dr. Elvira Lanqın 80 yaşlı bir xəstəsi, əməliyyatdan əvvəl bu cür sözlərlə hipnoz edilmişdi: "Yavaşca gözlərini yum və dərin nəfəs al. Göldə, ya da boşluqda üzdüyünü düşün. Bədənin burada olmalı amma sən burada olmaq məcburiyyətində deyilsən. Elvira Lanq, anesteziya ilə yanaşı hipnozu istifadə edən və bu barədə geniş araşdırmalar aparan bir həkimdir. Hipnozu xəstənin konsantrasiya olmağını təmin edən bir üsul kimi təsvir edir. Həkimlər xəstələrə müəyyən təlqinlər verir. Hipnozla diş çəkimi edən diş həkimi Albrecht Schmierer, psixoloq həyat yoldaşı ilə birlikdə xəstəsi Alexis Makrise bunları demişdi: “Sol əlini qaldır. Əlin, eynilə boğazın kimi sərin və uyuşmuş olacaq. Sağ qolunun bir şimşək olduğunu xəyal et və bütün mənfi hisslərini barmaq uclarından xaric et. İndi ağzın buznan dolu kimi hiss edirsən. Bütün bunlardan getdikcə uzaqlaşırsan, otaqdan çölə, bu andan kənar”
 
Hipnozda və onun ən sıx halı transda, insanlar təlqinlərə düşünmədən reaksiya verir, normalda etməyəcəyi şeyləri edə bilir. Bir növ hipnoz, konsantre olmağı təmin edən bir üsul; “Bütün bunlara getdikcə uzaqlaşırsan, otaqdan çölə, bu andan kənar”
 
Professor Spiegel, Trans və Müalicələr adlı universitet dərs kitabında transın sıx hipnoz halı kimi tərif edildiyini deyir. "Zaman düşündüyünüzdən çox daha sürətli keçə bilər və təlqinlərə nisbətən tənqidi olmayan bir şəkildə reaksiya verməyə meyl edərsiniz. Bunlar haqqında düşünmədən etməyi qəbul edərsiniz. Bəs, hipnoz edilən bir adama normalda etməyəcəyi bir şey etdirilə bilərmi?Professor Spiegel, bunun mümkün olduğunu deyir. Kolumbiya Universitetindən Doktor Əmir Raz-ın PNAS jurnalında dərc olunan araşdırmasına görə, insanlar hipnoz sözlərinin ardından ana dilindəki sözləri belə mənasız sözlər kimi görə bilir. Təcrübələrdə dərin transa girə bilən insanlar, sıradan İngiliscə sözlərə baxdı və bunlara məna verə bilmədi.
 
Ciddi depressiya, psixiatrik qüsurları olan insanların həqiqətlə təlqin arasındakı ayrı-seçkiliyi etməsinin daha çətin ola biləcəyi, buna görə hipnozun bu vəziyyətlərdə istifadə edilməməsi lazım olduğu bildirilir. Spiegel və Harvard Universitetindən Professor Stefan Kosslyn, nəticələri 2000-ci ildə American Journal of Psychiatryda olunan parlaq bir araşdırma aparıb. Elm insanları ilk növbədə dərin transa daxil olan səkkiz nəfər seçdi. Bu adamlara trans halında qara ağ tonlarda dördkünclər göstərilib və bunları rəngli olaraq görmələri tələb olunub. Bu zaman PET beyin yoxlaması  keçirilib. Trans halı xaricində də eyni şəkillər göstərilib və dördkünclərin rəngli olduğunu xəyal etmələri tələb olunub. Normal vəziyyətdə, yəni yalnız xəyal edərkən beyinlərinin yalnız sağ tərəfi aktiv hala gəldi. Halbuki trans vəziyyətində rəngli görmələri tələb olunduqda, eynilə həqiqətən rəngli şeylər görüldüyündə olduğu kimi beynin hər iki tərəfi də aktiv hala gəldi.
 
Doktor Əmir Raz tərəfindən hipnoz edilən Makgil Universitetinin həftəlik qəzetinin müəlliflərindən Maykl Bourguignon, maraqlı təcrübəsini oxucuları ilə bölüşüb. Təxminən 30 dəqiqəlik hipnozdan sonra Doktor Raz, Bourguignona gələrkən yanında gətirməsini istədiyi alüminium folqa ikiyə bölməsini və iki əlinə bir parça almasını istəyir. Sonra o, "Bir fərq hiss elədin - deyə soruşur. Bourguignon, sol əlinin bir az daha isti olduğunu dedikdə "isinməyə başlayacaq deyir və yaxında sol əlindəki alüminium parçasının tutulmayacak qədər isti olacağını deyir. Bourguignon olanları belə danışır: "Ovcumun içində alüminiumun yanmağa başladığını hiss etdim. Sanki əlimi şamın alovuna yaxınlaşdırırmışam kimi... Çox keçmədən alışan olmuş kimiydi, əlimdəki folqayı yerə tulladım.
 
Bəs hipnoz səbəb ağrı hissini azaldır? Virciniya Politexnik İnstitutundan psixoloq Professor Helen Crawforda görə, xəstə adətən bir sıra qapağı bağlayıb acı siqnallarının şüuruna yetişməsini əngəlləyir. Yeni təsvir texnikaları ilə hipnoz edilmiş insanların beyinlərini araşdıran elm insanları maraqlı nəticələr alıb. Normalda acı siqnalı, beyin sapından orta beyinə, oradan da beyinin xarici təbəqəsinə keçir, sonra ağrı hissi ortaya çıxır. Iowa Universitetindən Doktor Sebastyan Schulz-Stubnerin briqadası,hipnozdaykən dəriləri istiyə məruz qoyulan könüllülərin beyinlərinə baxdı. Tədqiqatçılar, orta beyindəki fəaliyyətin hipnoz edilmədən eyni temperaturlara məruz qoyulan insanlardakı kimi olduğunu, amma beynin xarici təbəqəsində fəaliyyətin azalmış olduğunu müəyyən etdi. Hipnoz əsnasında acı siqnalları, normalda olduğu kimi şüura çatmırdı.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN