Zamanı İdarə Et,Stressə Qalib Gəl..

0
1600
Zamanı İdarə Et,Stressə Qalib Gəl..

Zamanı idarə etməklə stressi azaltmaq mümkündür!
 
Stress çoxumuz üçün çox tanış olmasına baxmayaraq bununla necə baş edəcəyimizi bilmirik. Zamanı idarə etməklə stressi azaltmaqda necə təsirli bir yol ola bilər?
 
Stressi ümumiyyətlə, bəzi hadisələrə verdiyimiz reaksiya olaraq təyin edə bilərik. Ancaq stress eyni zamanda, zamanı necə qiymətləndirdiyimizə bağlı olaraq da ortaya çıxar.
 
Bəzən qeyri-kafi və lazımsız bürokratiya və ləvazimat , təsadüfi hazırlanmış bir proqram, nəzarət edilə bilməyən hissələr üzündən zamanın su kimi axıb keçdiyi və hər şeyin nəzarətdən çıxdığı duyğusunu yaşayarıq.
 
Bu narahatlıq, hadisələrin olduğundan çox daha təhdid edici başa düşülməsinə səbəb olur və həm fiziki həm hissi olaraq əlimizin qolumuzun bağlanmasına yol açar.
 
Belə daim hazır olma vəziyyəti enerjimizi bitirər. Daha uzun müddətlər xərcləyərək daha az şey edərik. Nizamsızlıq və stress əslində bir-birini qızışdıran faktorlardır.
 
Nizamlılıq işə yarayar
 
Çalışdığınız mühit, hara olursa olsun axtardıqlarınızı asan tapmanız zamanı yaxşı istifadə etməyinizə kömək olar. Bu da lazımsız stress yaşamanızın qarşısını alar.
 
Planlaşdırma inam yaradar

İş planı çıxarmaq yol xəritəsi kimidir. Çatacağınız yerə özünüzdən əmin, asan və daha az stress yaşayaraq çatmanızı təmin edər. Yoxsa hədəfə gedərkən itə bilərsiz.
 
Məsuliyyətləri paylaşdıra biləcəyinizi unutmayın
 
Başqalarına da iş paylaşdırmaq yükünüzü yüngülləşdirəcək. Beləcə həm zamandan qazanacaqsınız həm də lazımsız iş yükündən azad olacaqsız.
 
Zaman cədvəlləri faydalıdır
 
Edəcəyiniz işi müəyyən zamanlara bölsəniz həm iş izləmək asanlaşar həm də etdiyiniz işin təqib edilməsi. Ancaq unudulmamalıdır ki zaman cədvəllərinə laqeyd qalmaq da stress yaradar. O səbəblə zaman cədvəli hazırlayarkən mümkün qədər yüngül və sizin çıxışınıza görə nizamlanmalıdır.
 
Fəaliyyət və məqsədlərinizi əlaqələndirin
 
Məqsədi olmayan iş və fəaliyyət motivasiyası işin sürdürülməyinə gətirib cıxara bilər. Bu iş edilməsi lazım olan bir işdir əgər edilməzsə, müəyyən bir zaman sonra stress yaratmağa başlayır.
 
 
TƏRCÜMƏ ETDİ:KAMİLLA BAYRAMLI
 

ŞƏRH YAZIN