Başqalarına Olan İnamımız Onları Dəyişə Bilər

0
5432
Başqalarına Olan İnamımız Onları Dəyişə Bilər

Yaşlı qadın gecə yarısı evinə qayıdırdı. Qaranlıq küçədən keçəndə bir nəfərin ona yaxınlaşdığını gördü. Bütün cəsarətini toplayaraq :

-Bu küçə çox qaranlıqdır. Mən də yaşlı qadınam. Məni evimə qədər ötürə bilərsənmi? -dedi. Yad adam bu xahişi qəbul etdi. Yaşlı qadını evinə qədər ötürdü. Qadın təşəkkür edib evinə girmək istəyəndə adam qadının qolundan tutaraq :

-Əslində mən sizə təşəkkür etmək istəyirəm. Çünki bir az əvvəl sizi soymaq istəyirdim. Ancaq siz bu günə qədər mənə etibar edən yeganə insan oldunuz. Ona gorə də bu fikrimdən daşındım.

P.S.insanların davranışı bizim onlara verdiyimiz dəyərdən, inamdan asılı olaraq dəyişə bilər. Ona görə də çalışaq ki, hər kəsə yetərincə dəyər verək, onlara inanmağa çalışaq. Bəlkə də bunun nəticəsində onlar hansısa pis xüsusiyyətlərindən, pis əməllərindən uzaqlaşa bilərlər. Pis vərdişləri olan insanları dəyişmək bizim əlimizdədir, biz onları tamamilə cəmiyyətdən uzaqlaşdıraraq başqa pis vərdişlərə də yiyələnmələrinə səbəb ola bilərik. İnsanları sevin, onlara inanın. Bu sevgi, inam ilə çoxlarını dəyişmək mümkündür.

Korrektor redaktor:Salmanlı Ayna

ŞƏRH YAZIN