Mərhəmətli fildən insanlıq dərsi

0
3421
Mərhəmətli fildən insanlıq dərsi

 Bəzən insanların belə heyvanlardan alınması gərəkən dərsləri var. Məsələn, bir fil əsl insanlıq nümunəsi ola bilib. 


1983-cü ildə Zanbiyanın Launqa çayı sahilində qoruqda belə bir hadisə olub. Qoruğun mərkəzinə idarə binasının qarşısına bir fil gəlir və bərkdən qışqırır. Fili qovurlar. Ertəsi gün maşın gedərkən həmin fil onun yolunu kəsir, maşına göstərdiyi istiqamətə getməyini işarə edir. Sürücü maşını filin təkid etdiyi istiqamətə sürür. Bir qədər getdikdən sonra kolluqda fil sürüsünə rast gəlirlər. Fillər maşını görən kimi dağılışırlar. Bir dişi fil balaları ilə birlikdə getmir. Sən demə o güllə ilə yaralanıbmış. Yoldaşları onların köməyinə gəlib və insandan kömək istəyiblər.
 
Bioloqlar üç gün filə xidmət edib onun yarasını sağaldıblar. Sağalıb meşəyə buraxılmış fil öz balaları ilə birlikdə qoruyucu idarəsinin qarşısına gəlib, öz minnətdarlığını bildirib.

ŞƏRH YAZIN