Şeytan Nədir?

0
23828
Şeytan Nədir?

 Bir universitet professoru, dərs zamanı tələbələrinə belə bir sual verdi: 

-Var olan hər şeyi yaradan  Tanrıdırmı?

Auditoriyadan səs gəlmədiyini görən professor, elə ağzını açmaq istəyirdi ki, birdən cəsur bir tələbə ayaga qalxdı və cavab verdi:

-Bəli hər şeyi Tanrı yaratdı!

Professor cavabı eşidər-eşitməz, sualını təkrarladı, amma tələbə yenə:

-Bəli müəllim!- deyə öz cavabını təkrar etdi.

Eşitdiyindən əmin olan professor davam etdi:

-Əgər hər şeyi yaradan Tanrıdırsa və seytanın da var olduguna görə, belə çıxır ki, şeytanı da Tanrı yaratmışdır. Deməli, çalışmalarımızda tətbiq etdiyimiz

“Törəmə” qanununa görə, Tanrı da şeytandır.

Tələbə, belə bir fərziyyə qarşısında özünü itirir və pərt halda yerində əyləşir. Professor isə tələbələrinə növbəti dəfə Tanrının  və talehin bir əfsanə olduğunu isbat etdiyi üçün məmnunluqla gülümsəyir. Bu vaxt başqa bir tələbə ayağa qalxdı və:

-  Bir sual vermək olar, müəllim? - deyə soruşdu.

 Professor razılığını bildirdikdən sonra, tələbə fikrində tutduğu sualı səsləndirdi:

- “Soyuq” deyilən bir şey vardırmı?

Professor, təəccüblə ona baxaraq:

 - Bu nə sualdır? Əlbəttə vardı! – deyə cavab verdi, - Sən heç soyuqdan üşüməmisən?

Tələbə müəllimin cavabını səbrlə dinləyərək dedi:

- Əslində, fizika qanunlarına görə soyuq yoxdur. Həyatda, həqiqətdə biz soyuğu istiliyin yoxluğu kimi başa düşürük. Hamıda və ya əşyalarda, enerjinin olduğunu düşünürük , müxtəlif  yollarla enerjini həm qəbul edir, həm ötürürük. Məsələn, Mütləq soyuqluq (- 273 C. / - 460 F) ,  istiliyin qəti yokluğudur, yəni onun heç olmadığı səviyyədir. Bütün maddələrin bu səviyyədə reaksiyaya girmə xüsusiyyəti pozulur və dəyişir. “Soyuq” yoxdur, o yalnız istiliyin olmadığı zaman, hisslərimizi ifadə etmək üçün yaratdığımız bir sözdür.

Tələbə müəllimin ona çaşqınlıq içində baxdığını görüb davam etdi:

- Müəllimim, qaranlıq vardırmı?

 Professor:

- Təbii   ki vardır! – deyə cavab  verdi.

 Tələbə, bu dəfə də etiraz etdi:

 -Mənə elə gəlir ki, yenə yanılırsınız, müəllim! Çünki, qaranlıq da yoxdur. Həyatda, qaranlıq işığın yoxluğudur. Biz işıq üzərində tədqiqat apara bilərik, amma qaranlıq üzərində işləyə bilmərik, onu araşdırmaq mümkün deyil. Gercekte, biz Nyutonun prizmasından istifadə edərək ağ işığı sındırar və rənglərin çeşidli dalğa uzunluqları üzərində işləyə bilərik. Amma qaranlığı ölçə bilmərik. Sadəcə olaraq işığı istifadə edərək, qaranlıq bir yeri aydınladaraq, qaranlığı ləğv edə bilərik. Siz müəyyən

bir məkanın, məsələn,  kosmosun nə qədər qaranlıq olduğunu necə bilə bilərsiniz? Əlbəttə, işığın miqdarını ölşərsiniz! Bu dogrudur, elə deyil? “Qaranlıq” bəşəriyyət tərəfindən , işığın olmadığı məkan üçün istifadə edilən bir sözdür.

Son olaraq tələbə, professordan yenə soruşur:

-  Müəllimim seytan vardırmı?

Bu dəfə professor çox da əmin olmasa da cavab verir:

- Əlbəttə, açıqladığım kimi, biz onu hər gün, hər yerdə onu görürük.  Şeytan, pis bir insanın, başqa bir insana hər gün elədiyi vəhşiliyin nümunəsidir. O, dünyada həyata keçirilən bütün günahlarda, zorakılıqda iştirak edir. Bunların cəmi, şeytandan başqa bir şey deyildir.

Tələbə, müəlliminin sözlərini sonadək dinləyib yenə izah edir:

- Şeytan yoxdur, müəllim. Yəni, o öz başına yoxdur. “Şeytan”, sadəcə olaraq Tanrının yoxluğudur. O, eynilə qaranlıq və soyuqda olduğu kimi, Tanrının yoxluğunu təsvir etmək üçün insanlar tərəfindən yaradılmış bir sözdür. Tanrı, şeytanı yaratmayıb. Şeytan, pis insanların, ilahi sevgini ürəklərində duymadıqları zaman etdikləri əməllərin nəticəsidir. O, eynilə istiliyin olmadığı yerə gələn soyuq və ya işığın olmadığı yerə gələn qaranlıq kimidir.

Professoru tələbələri içərisində pərt edən, onu ən zəif yerindən vuran və çaşdıran bu tələbə Albert Eynşteyn idi.

 

ŞƏRH YAZIN