Access Consciousness Facelifting

0
4533
Access Consciousness Facelifting

Son dövrün hadisələrindən olan Hacı Mirzə Xəlilin şəfaətini yada salaq.Hacı Qumda “Darüş-şəfa” mədrəsəsində tələbə olub.Öz hücrəsində oturduğu vaxt qoca bir qarı həyacan içərisində daxil olub deyir: “Mənim qohumumun şiddətli ürək ağrısı var.Bir çarə bilmirsiniz?” Hacının tibbi təhsili olmasa da “filan dərmanı verin” deyir.Səhəri gün Hacı görür ki,təbabət əvəzi olaraq hücrəyə cürbəcür yeməklər gətirirlər.Qonşulara xəbər yayılır ki,mədrəsədə yaxşı bir həkim var, bir dərmanla şəfa verir.Yavaş-yavaş gələnlər çoxalır.Hacı görür ki,məsələ ciddiləşir.“Töhfeyi-həkimi-mö᾽min” kitabını alıb,rəsmi təbabətlə məşğul olur.İşində o qədər yüksəlir ki,onu Tehrana aparırlar.Kərbəlaya getmək fikrində olsa da,tələsmir.Bir gecə yuxuda bir şəxsi görür,ona deyilir: “Əgər Kərbəlaya yola düşmək istəyirsənsə,yola düş,iki ay sonra yollar (dövlət tərəfindən) bağlanacaq.”

Mərhum Hacı Xəlil (rö”yasına görə) iki ay daxilində yola düşür.Sonra yollar bağlanır,Hacı öz yuxusunun həqiqətinə inanır.Bir müddət Kərbəlada qalır,tibb ilə də məşğul olur.Bir gün ona iki qadın müraciət edir.Onlardan birinin əlində qəribə bir yara olur.Hacı müayinə edib deyir:“Bu, xora xəstəliyidir.Sümüyə çatdığından əlacı yoxdur.” Qadın qəlbi sınıq halda gedir.
 
Qadının yanında xidmətçisi geri qayıdıb Hacıya deyir: Bu qadını tanıdınızmı? O,Hind şahzadələrindən bir ələviyyədir (seyyidə xanım).İmam Hüseyn (əleyhissalam)-ın ziyarət eşqi onu bütün var-yoxu ilə birgə buraya gətirib.İndi əli boş qalıb,həm də bir müddətdir ki,bu xəstəliyə tutulub.Siz də onu incitdiniz.Hacı “tez onu geri qaytarın” dedi.Qadın qayıtdı.Hacı dedi: Xanım,bu xəstəlik çətin də olsa,mən sizi müalicə edəcəyəm,ümidvaram ki,Allah şəfa versin.
5 ay sonra qadın şəfa tapdı.O Hacı Xəlilə elə bağlanmışdı ki,onun evindən əl çəkmir,bir ana kimi qulluğunda dayanırdı.
 
Bir müddət sonra Hacı Xəlil bir vaxtlar Tehranda yuxuda gördüyü şəxsi yenə də yuxuda görür. O,Hacıya: “Xəstələnib,on gün sonra öləcəksən” deyir.Hacı vəsiyyətini edir və çox çəkmir ki, xəstələnir,ehtizar halına düşür.Axır nəfəslərində həmin ələviyyə xanım gəlib,Hacının vəziyyətini görür və sarsılır.(Hacının cəmi 30 yaşı var idi).Qadın birbaş Hüseyn (əleyhissalam)-ın şərif qəbrinə gəlir.Qəbrin zərihindən tutub deyir:“Ya cəddim,mən Hacını sizdən istəyirəm,Allahdan ona bir ömür də alın.”O qədər nalə çəkir ki,qəşş edir.Qəşş halında Həzrəti görür.“Qızım, Hacının ömrü tamamdır,əcəli çatıb”,buyurur. Qadınsa “mən bu şeyləri başa düşmürəm,Hacını sizdən istəyirəm” deyir.
Həzrət buyurur:“Əgər belədirsə,mən dua edərəm.Allah istəsə,onu qaytarar.” Sonra çöhrəsində təbəssüm görünür. Buyurur: “Allah mənim duamı qəbul etdi.Onu qaytarıb,ömrünü ikiqat artırdı.” Bəli,Hacı 90 yaşında vəfat etdi.4 oğlu oldu.Biri böyük şiə mərcəsi Mirzə Hüseyn,digəri isə böyük təbib idi.
Ələviyyə xanım geri qayıdanda,Hacı sağ-salamat oturmuşdu.Buyurdu:“Ey ələviyyə,Allah əvəzini versin”
Hacı övladlarına vəsiyyətdə buyurub: “Seyyidələrə,xüsusən ələviyyə xanımlara hörmət edin,onlar Allah yanında möhtərəmdirlər.”
 

ŞƏRH YAZIN