Yaşlı adamın sevinci ...

0
10827
Yaşlı adamın sevinci ...

 Bir kişi şörək almaq üçün sobaya yaxınlaşır amma ortalıqda çörək görmür. Köhnə bir dostu olan çörəkçi


- "Bir az gözləyəcəksən müəllimim," dedi. "İki-üç dəqiqəyə qədər çıxardıram."

Gözləmək üçün qıraqdakı taburetlərin birinə əyləşdi. Elə bu zaman içəriyə yaşlı bir adamın girdiyini görür. Köhnəlmiş pencəyinin sol yaxası altında bir medal parıldayır və gedərkən yüngülcə topallayırdı. Salam verdikdən sonra, çörəkçinin dəzgahına yaxınlaşaraq

- "Çörəklərimi alım," dedi. "Mənim əkizlər acmışdır."

Çörəkçi, adamın uzatdığı torbanı alaraq dəzgahın altına əyildi və bir gün əvvələ aid olduğu çörəklərdən dörd-beş dənə çıxardı.

Əyləşməkdə olan kişi öz yerini yaşlı adama verir və dəzgaha yaxınlaşır. Dəzgahın üstündə bir neçə dənəsinin şəkli dəyişmiş, qatılaşmış, daş kimi olan çörəklər görür.

Pıçıltı ilə çörəkçidən soruşur. Niyə təzə çörəyi gözləməsini söyləmirsən? Bir az sonra çıxacaq onsuz da.

- "Köhnə çörəkləri özü istəyir." dedi çörəkçi. "Çox kasıb olduğundan, ona yarı qiymətinə verirəm."

- "Kimdir bu adam?" deyə soruşur.

- "Oğluyla gəlini bir yol qəzasında vəfat edincə, əkiz nəvələrini yanına almışdı. İllərdir onlara baxır, həm də çox az bir maaşla."

Çörəkçinin izah etdikləri qarşısında içinin yandığını, üzüldüyünü hiss edən adam yaşlı insan üçün nə isə etmək qərarına gəlir. 

- "Aradakı fərqi mən verim," deyir. "Heç olmazsa bu gün təzə çörək yesinlər."

Çörəkçi, təklifi qəbul eedir və bir az sonra da, sobadan yeni çıxan təzə çörəkləri adamın torbasına doldurarkən şəkli xarab, köhnə çörəkləri də dəzgahın altına qoyur.

- "Çox şanslısan Hacı əmi," dedi. "Uşaqlar üçün sənə bu gün tort kimi çörək verəcəyəm."

Yaşlı adam bir övlad sevgisiylə qucaqladığı torbanı sinəsinə basdırarkən 

- "Allah, səndən razı olsun övladım" dedi. "Bu gün onların ad günü olduğunu haradan bilirdin?"

ŞƏRH YAZIN