CV hazırlayarkən edilən səhvlər

0
1597
CV hazırlayarkən edilən səhvlər

İndiki vaxtda iş müraciəti üçün, mütləq geniş hazırlanmış CV lazımdır. Cv hazırlamaq əslində elə də sadə bir şey deyil. İşəgötürən tərəf cv-nin necə hazırlanmasından tutmuş, yazı tərzinizə qədər hər şeyə fikir verir. Müraciət edən şəxsin nə qədər ciddi olduğunu kağıza baxaraq müəyyən edir.

CV hazırlayarkən edilən 13 səhv:

1. Tez-tələsik, diqqətsiz, orfoqrafik səhvlərlə dolu, qarışıq və ya çox qısa cümlələrlə hazırlanmış cv.

2. Adınıza uyğun olmayan  E-mail ünvanı CV-yə yazmaq. Məsələn angelka @ ..., vorzakon @ ... kimi marjinal ləqəblər istifadə etmək.

3. Sosial şəbəkədə uyğunsuz profil şəkil və məlumatlarını əhatə edən bir hesab açmaq.. Artıq bir çox firma işə qəbul zamanı namizədin sosial şəbəklərdə olan fəaliyyətinə nəzər salır. Xüsusilə də bank sektoru.

4. Başa düşülməyən ixtisarlardan istifadə etmək.

5. CV-də çalışdığınız yerləri kiçik hesab edərək yazmağa ehtiyac duymamaq.

6. Staj məlumatlarından bəhs etməmək.

7. Doğru olmayan məlumatlar vermək .. Məsələn, heç bilmədiyi halda Corel Draw, Photoshop, İngilis dili və s. xüsusiyyətləri çox yaxşı bilir kimi yazmaq.

8. Sizin haqqınızda məlumat alacaqları istinadlara ailə ya da qohumları yazmaq.

9. Heç tanımadığız şəxsləri maraqlı olsun deyə istinad göstərmək.

10. Hobbiləriniz sualına, musiqi dinləməyi və alış-veriş etməyi, internetdə əylənməyi hobbi kimi göstərmək.

11. Qeyri-adi olsun deyə heç getmədiyi halda balet, opera kimi fəaliyyətlərə qatıldığını söyləmək.

12. Vəsiqə üçün fotoşəkil yerinə öz telefonuyla çəkdiyi fotoşəkili qoymaq.

13. Lazımsız olaraq çox uzun hazırlanmış ön yazı əlavə etmək.

ŞƏRH YAZIN