İş təkliflərini necə qiymətləndirməlisiniz

0
762
İş təkliflərini necə qiymətləndirməlisiniz

Etdiyiniz iş müraciətləri nəhayət ki, nəticə verdi.  Bir neçə yerdən iş təklifi gəldi. Yaxşı indi nə edəcəksiniz? Bu təklifləri düzgün qiymətləndirmək və sizin üçün ən uyğun olan işi seçmək kariyeranız baxımından çox əhəmiyyətlidir.

Son bir neçə ayınızı iş elanlarına baxaraq, işəgötürənlərlə görüşərək və internetdən iş elanlarına müraciət edərək keçirdiniz. Bir çox yerə CV'nizi qoydunuz və bir neçə müsahibəyə getdiniz. Və sonunda gözlədiyiniz an gəldi. İndi sıra sizdədir! 

Sizə gələn iş təklifləri arasında seçim etməlisiniz. İş yerlərinə müraciət etdikdə qərar verməyin bu qədər çətin olacağını düşünməmişdiniz. Lakin bu anda doğru işi seçmək olduqca ciddi bir məsələdir. Qəbul edəcəyiniz iş təklifi çox güman ki, uzun müddət çalışacağınız bir iş olacaq. 

İşdə sizin üçün ən vacib olanı müəyyənləşdirin. Bəziləri üçün çox əhəmiyyətli olan şey, digərləri üçün heç bir məna ifadə etməyə bilər, amma hər kəs çalışdığı işi sevməlidir. 

İş seçimi edərkən nələrə diqqət etməlisiniz?

Maaş

İş ilə bağlı ən vacib amil maaş deyil, amma o da böyük əhəmiyyət daşıyır.  Xərclərinizi qarşılamaq üçün pul qazanmalısınız. Lakin unutmayın ki, işlə bağlı digər faktorlar sizin üçün uyğundursa, maaş mövzusunda razılaşa bilərsiniz. 

Müdiriniz və iş yoldaşlarınız

Hər gün saatlarla birgə işləyəcəyinizi nəzərə alsaq, müdiriniz və iş yoldaşlarınızın nəzakətli, anlayışlı olması sizin üçün olduqca əhəmiyyətlidir. Müsahibəyə gedərkən sizinlə görüşən insanlara və onlar arasındakı münasibətlərə diqqət yetirsəniz, gələcəkdə sizi necə bir münasibətin gözlədiyini təsəvvür edə bilərsiniz. 

İş mühiti

Hər bir müəssisənin özünə xas ab-havası vardır. Bəzilərində ciddi geyim tələb olunsa da, bəzilərində nisbətən daha sərbəst geyimlər olur. Bəzi iş yerləri rəngli dizayn edildiyi halda, bəziləri ciddi rənglərlə və mebellərlə təchiz olunur. Şirkətə daxil olduğunuz an, orada çalışmaq istəyib istəmədiyinizi anlaya bilərsiniz. Tamamilə bir-birinə əks olan bu 2 mühitdə də işləyə bilər və xoşbəxt ola bilərsiniz. Sadəcə necə bir mühitdə işləməyin sizin üçün çətin olacağını bilməyiniz lazımdır. 

Məmnunluq

İşdən kənarda keçirəcəyiniz zaman sizin üçün qiymətlidirsə, tez-tez işdən sonra da qalıb çalışmalı olacağınız bir iş sizin üçün uyğun olmaya bilər. İşləyəcəyiniz şirkətin fəlsəfəsi " hər nə bahasına olursa olsun pul qazanmaq ", sizinki isə " hər zaman dürüst olmaq " dırsa, onda o şirkət sizə görə deyil. 

Məsafə 

İş təklifini dəyərləndirərkən evinizlə iş yeri arasındakı məsafəni də nəzərə alın. Bu məsafə sizə müsahibəyə gedərkən çox uzun görünməsə də, siz tıxacların sıx olduğu saatlarda hər gün, gündə 2 dəfə, həftədə 10 dəfə ( bəzən daha çox ) bu yolu gedib gələcəyinizi unutmayın.

Son qərar

Hər 2 halda- təklifi qəbul etsəniz və ya etməsəniz, verdiyiniz qərar ilə bağlı sizə işi təklif edən şəxsi bu barədə məlumatlandırmağı unutmayın. Bunu yazılı şəkildə yaxud telefon vasitəsilə əlaqə saxlayaraq edə bilərsiniz. 

Gələcəyin sizi hara aparacağını bilmirsiniz. Gələcəkdə yollarınızın kəsişə biləcəyini nəzərə alıb nəzakətli davranın. Çalışın heç kimdə pis təəsürat yaratmayasınız. Bu sizin üçün daha faydalı olacaqdır. 

 

ŞƏRH YAZIN