Müvəffəqiyyət Qazanmış Qadınların Uğur Pillələri

0
2117
Müvəffəqiyyət Qazanmış Qadınların Uğur Pillələri

"İş dünyasında qadın olmaq çətindir" deyirlər. Amma halbuki, dünyanın ən nüfuzlu şirkətlərində çalışan bir çox qadınlar var. Siz də onlardan bir olmaq istərdinizmi?
Elə isə, ən uğurlu iş qadınları karyera pillələrini 5-5 çıxmağın sirlərini sizinlə bölüşür:
 
Yuxudan tez durun; 
«Starbucks» un rəhbəri— Michelle Gass çox vaxt yuxudan 4:30-da durduğunu və qaçdığını söyləyir. «Avon» kosmetika firmasının rəhbərlərindən biri— Andrea Jung isə 5-də oyanır. Sübh tezdən oyanmaqla,iş həyatınızda daha böyük uğurlar əldə edə bilərsiniz. 
Alış-veriş edin; 
Araşdırmalar qadınların bazarlıq etməkdə kişilərdən daha bacarıqsız olduğunu göstərir. Bu da kişilərin niyə qadınlardan daha çox pul qazandığını göstərir. Daha çox pul qazanmaq istəyirsinizsə, bazarlıq etməyi öyrənməlisiniz. 
İşlərinizi bölün; 
«Four season» otellərinin baş meneceri—Katie Taylor kontrol dəlisi olduğunu etiraf edir. Ancaq işçilərə də tapşırıqlar verməyi unutmur. Hər işin öhdəsindən gəlməyi bacardığınızı düşünüb bütün işləri öz üzərinizə götürməyin.  
Araşdırın;
Facebookun baş meneceri—Sherl Sandberq vacib görüşdən əvvəl həmin insan haqqında araşdırma aparmağın vacib olduğunu vurğulayır. Görüşdən sonra isə həmin insana mövzu barədə mail yolladığını və əməkdaşlıq etdiyini deyir. 
Suallar verin;
Disney Media Networks şirkətinin rəhbərlərindən biri— Anne Sweeney mütəmadi olaraq, bilmədiyiniz məsələr haqqında suallar verməyin iş həyatında vacib olduğunu söyləyir. 
Dinləməyi bacarın; 
«QVC» ticarət və media şirkətinin baş meneceri—Claire Watts hər cümə axşamı ofisdə hamıya sərbəstlik verir. Həmin gün məsləhətə ehtiyacı olan hər kəs gəlib onunla söhbət edə və fikirlərini bölüşə bilər. 
Hədəf qoyun; 
Campbell şirkətinin baş meneceri— Denise Morrison uşaqlığından bəri qarşısına məqsədlər qoyduğunu etiraf edir. 
Cəsur olun; 
«KeyCorp»un baş meneceri bank sahəsində karyerasına başlayarkən,şəhərdəki bütün bankları gəzdiyini və iş axtardığını söyləyir. Hətta bir bankda işə qəbul olunmaq üçün 3 saata qədər gözləyib. 
Yox deməyi öyrənin; 
"Dünya Qida Proqramı" idarə heyətinin rəhbəri— Ertharin Cousin yox deməyin çətin, amma faydalı olduğunu vurğulayır. 
İnadçı olun; 
Ən uğurlu iş qadınları karyerasında əldə etdikləri uğurları inadçı və israrcı xüsusiyyətlərinə borclu olduğunu qeyd edirlər.
 
 
 
 
 
 
Korrektor:Əhmədova Sevinc

ŞƏRH YAZIN