Konflikti Sevmirsənsə, Bunlardan Uzaq Dur

0
1627
Konflikti Sevmirsənsə, Bunlardan Uzaq Dur

Ofis şəraitində iş yoldaşlarınızla aranızda hər hansı xoşagəlməz hal, inciklik, küskünlük az-çoz rast gəldiyimiz hallardandır.Əgər konfliktləri sevmirsinizsə,qeyd etdiyimiz qaydalara əməl edin:

İşləyərkən  tez-tez  fasilə vermək və iş yoldaşlarınızı da buna məcbur etmək hiss edilməsə də, ən narahat edici hallardan biridir.
 
Yüksək səslə musiqi dinləmək və hətta söyləmək ofis mühitində sizi antipatik göstərəcək davranışlar arasındadır.
 
Nizamsız iş mühiti sizi qrup ruhundan qoparan bir xüsusiyyət ola bilər.Hər nə qədər hər kəs iş sistemində azad olsa da,riayət edilməsi lazım olan bəzi vəziyyətlər mövcuddur.Buna görə normal həyatınızda elə deyilsə belə, iş mühitində bir az nizamlı olmaq çox işinizə yaraya bilər.
 
Əl zarafatları, demək olar ki, hər insanın narahatlıq duyduğu davranışlar arasındadır.Gülərkən yoldaşını itələmək ,sərtcə vurmaq həmişə riskli və gərəksiz təmaslardır.Bu mövzuda səmimiyyət dərəcəsinə görə davranmaq, qarşınızdakının sizi də eyni şəkildə narahat etməməsini önləmək üçün əlaqələrinizi həmişə müəyyən bir qaydada davam etdirməlisiniz.
 
Xüsusilə fasilə verildikdə işlə əlaqədar söhbətlərin edilməməsi daha səmimi mühitin yaranmasına səbəb ola bilər.Ən azından 10 dəqiqə işdən qopmaq, zehninizin rahatlaması baxımından son dərəcə faydalı olar.

Korrektə etdi: Günel İbadova
 

ŞƏRH YAZIN