Təhsilsiz İş: Top-6 Gəlirli Peşə

0
1718
Təhsilsiz İş: Top-6 Gəlirli Peşə

Bəzi peşələrə yiyələnmək üçün təhsil almaq heç də vacib deyildir. Aşağıda sizlərə təhsil almadan yiyələnə biləcəyimiz ən gəlirli peşələrdən danışacağıq .

Avtomexanik

Avtomexanik üçün əsas maşınları sevməkdir. Üstəlik əgər sizin bütün əlatlərin kaprizinə dözmək üçün səbriniz vardırsa, sadəcə yaxşı bir usta tapmalısınız. Onun yanında hər bir şeyi öyrəndikdən sonra yaxşı bir avtomexanik ola bilərsiniz. Bəlkə milyoner də oldunuz, avtomexanik həmişə tələb olunan peşdir.

Aşbaz

Xalq həmişə yemək yeyəcək. Çox xoş bir faktdır ki, dünyanın məşhur aşbazları kişilərdir. Bəli, dadlı yemək hazırlamağı öyrənin. Bunun üçün saysız-hesabsız saytlar vardır. Çox xərciniz də çıxmayacaq, mətbəx, bıçaqlar və bir neçə qazan.

Dizayner

Bugün dizaynerlər, hüquqşunaslardan heç də az deyildirlər. Lakin heç də hamısı ixstisaslı deyildirlər. Səbəb – bir çoxlarına kreativlik, düşüncə və müasir dünya görüşü bəxş edilməmişdir. Əgər bu xüsusiyyətlər sizdə müşahidə olunursa, peşə ədəbiyyatını götürün və başlayın hazırlaşmağa.

Proqramçı

Proqramlaşdırmanı da öyrənmək üçün bir çox kitablar vardır. Lakin bunun üçün siz ingilis dilini bilməli, kompüterdən baş çıxartmalı, yaxşı yaddaşa malik olmalı və mürəkkəb riyazi hesablamaları aparmağı bacarmalısınız.

Bərbər

Nə qədər oxusanız da, öyrənsəniz də, usta yanında işləsəniz də ilk sınağınız dəhşət, 10-cu sınağınız pis, 100-cü sınağınız isə əla alınacaqdır. Zamanla dəbdən də baş aça biləcəksiniz, talehiniz üzünüzə gülsə bu sahədə tanınmış belə ola bilərsiniz.

Yazıçı

Yazmağı siz orta məktəbdə öyrənmisiniz. Lakin maraqlı yazmaq üçün sizə ağıl, çoxlu oxumaq, hərtərəfli inkişaf və məşhur kopirayter Devid Oqilvinin məsləhətləri lazımdır:

* danışdığınız kimi təbii yazın;

* qısa və lakonik olun;

* mürəkkəb və anlaşılmaz sözlərdən az istifadə edin;

* fikrinizi aydın çatdırdığınıza əmin olun.

Fotoqraf

Fotoqraflar müasir dünyada dizayner və proqramistlərdən heç də az deyillər. Niyə də siz yox? Buna siz heç də ucuz olmayan fotoaparatarın və ya internetdəki video-dərslərin sayəsində yiyələnə bilərsiniz.

 

ŞƏRH YAZIN