Koçla çalışmaq sizə nə qazandırar?

0
1992
Koçla çalışmaq sizə nə qazandırar?

 Koçluq-danışan əlaqəsində alt\üst anlayışı yoxdur. Koç hər zaman doğrunu bilən və bunu diktə edən, istiqamətləndirən bir mövqedə də deyil. Danışan Koçun soruşduğu suallarla ilə güclü və inkişaf tələb edən yanlarını kəşf etməyə, həmçinin özünə yararı olmayan davranış və düşüncə qəliblərini sorğulamağa başlar. Koç bu qəliblərin hansının doğru, hansının yalnış olduğunu ayırd etməsini, hədəfləri üçün özünü ən çox dəstəkləyən yanaşmanı seçməsini, öz resurslarını yaradıcılığıyla sintez edərək istifadə etmə bacarığını və fərqindəliyini kəşf edər.


Koç fərdin potensialını bütün istiqamətiylə kəşf etməsinə köməkçi olur. Potensialının şüurunda olan fərd isə, alternativləri daha yaxşı görərək seçimini özü edər. Koç mühakiməsiz olaraq dinlədiyi danışanına öz ola bilmə fürsəti yaradır. Müvəffəqiyyətin açarı da məhz şəxsin bu özünəməxsus düşünə bilməsində, yaşaya bilməsində, seçim edib seçiminin və nəticələrinin arxasında dura bilməsindədir.

Koçluq müddətində Koç fərdin özünə mane qoyduğu məsələləri aşkarlamasını, bu məsələlərin də nəyə başa gəldiyini görməsini təmin edən xüsusi üsullar istifadə edər. Koç etibarlı bir mühit təmin edərək danışanının seans içərisində rahat olmasına şərait yaradar. Bu etibarlı mühitdə danışan həqiqi istəklərini, ehtiyaclarını,bunların önündəki maneələri necə qaldıra biləcəyini, yaşamaq istədiyi şeyləri görər və nəticəsində seçimlər edər. Bu seçimlər fərqindəliklə edildiyi üçün şəxs gerçək istəklərini həyata keçirmək mövzusunda özündən daha əmin hərəkət edər. Beləliklə, qalıcı və atacağı addımların idarəsini əlində tutduğu bir həyat bacarığı əldə etmiş olar.

Danışanına bu səfərdə işıq tutan Koç ağıl verməz, çünki hər fərd fərqli və bənzərsizdir. Bir insan üçün ideal olan həll yolu digəri üçün heç də faydalı olmaya bilər. Biri yaşadığı pis hadisələri motivasiya vasitəsi olaraq istifadə edərkən digəri təqdir edildiyi anların xoş xatirələri ilə motivasiya ola bilər. Koç tam da bu səbəbdən müddəti ağıl vermədən danışanın ehtiyacına görə formalaşdırır. Əhəmiyyətli olan isə, adamın öz istəkləri və gerçəkləri istiqamətində özünün qərar verməsidir.

ŞƏRH YAZIN