Beynimizin 10 sirri!

0
6340
Beynimizin 10 sirri!

 İnsan beyni də çox sirli orqandır. Hər gün insan beyni ilə bağlı yeni yeni faktlar üzə çıxır. Mütəxəssislərin araşdırmalarından sonra bəlli olub ki, insan beyninin 10 qatı var


Bəlli olub ki,insan beyni gün boyu 12 vatt gücündə enerji sərf edir. Bədənin ümumi ağırlığının sadəcə 3%-ni təşkil etməsinə baxmayaraq, beyin bütün bədən enerjisinin 17%-ni işlədir. Diqqətli və uzun düşünmə vaxtı sərf etdiyimiz enerji o qədər kiçikdir ki, heç hiss də olunmur.

Səyahət etmək yaddaşa ziyandır

Tez-tez qitələrarası səyahət edən insanların beyni havada keçən vaxtda yüksək stressdə olduğundan yaddaş zəifliyinə səbəb olur. Növbə üsullu işlərdə çalışan insanlarda da eyni hala rast gəlinə bilər. Nəticədə bəzi xatirələr yaddaşdan tamam silinə və ya zəifləyə bilər.

Səs-küylü yerdə niyə telefonla danışmaq olmur?

Səs-küylü yerlərdə telefonla danışmaq üçün gərək çox güclü eşitmə qabiliyyətiniz ola. Olduğunuz otağın səsi ilə xəttin o biri başındakı şəxsin otağın səslərini qarışdırmaq beyin üçün heç də asan deyil. Bu vəziyyətdə beynimiz telefondakı dostlarımızın səsi ilə otaqdakı səsi ayırd etməkdə çətinlik çəkir. Telefonunuzun mikrofonunu əlimizlə bağladıqda əslində otaqdakı səslərin telefona girməsinə mane oluruq və bundan sonra beynimiz səsləri daha yaxşı fərqləndirə bilir.

Video oyunlar eyni vaxtda bir neçə işi görmə bacarığımızı artırır

Diqqətinizi eyni anda birdən çox şeyə yönəltmək bacarığını artırmaq üçün ən yaxşı yol video oyunlardır. Amma heç də hamısı deyil. Məsələn, elə bir oyun olsun ki, eyni vaxtda bir neçə hədəfə atəş aça biləsiniz. Bu cür oyunlar diqqətinizi ekrandakı hər sahəyə cəmləmə və hadisələri daha tez dərk etmə, reaksiya vermə baxımından əvəzsizdirlər. Ancaq "Tetris" tipli oyunlar beynin əsl düşmənidir. Çünki bu zaman diqqət yalnız bir daşa, bir nöqtəyə yönəlir ki, bu da beynin işləməsini biryönlü edir.

Beynin bir yumor mərkəzi var

Yumor duyma və etmə bacarığı hamıda olmur. Yumorun tərifinə əsaslansaq, görərik ki, o, öz içində bir sürpriz saxlamalıdır - sonrakı cümlənin nə olacağını təxmin etsək də, yumor bizi başqa bir nöqtəyə aparmalıdır. Sonra da vardığımız bu yeni nöqtədən əvvəldən düşündüyümüz nöqtəni qarşılaşdıraraq yeni bir perspektiv əldə edirik. Yumorun beynimizdə alınma forması təxminən belədir. Bəzi insanların lətifələri gec başa düşməyi də bu bağlantını qura bilməmələridir.

"Dilimin ucundadır... bu dəqiqə deyəcəm"

Hərdən bir mahnı ağlımıza gəlir, heç cür tapa bilmirik harda eşitmişik və ya mahnının davamını heç cür xatırlamırıq. Bu, beynimizdəki "sıra ilə xatırlama" mexanizmi ilə bağlıdır. Bir mahnını və ya sözü yada salmaq üçün onun baş verdiyi yeri, situasiyanı xatırlamağınız lazımdır. Gündəlik işlərimizi də biz bu mexanizmlə görürük. Bir şeyi xatırlamaq üçün beyində xatirələrin arasında bu məlumat parçasının daxil olduğu hadisəni yada salmalıyıq.

Böyük ehtimalla "axtarış əməliyyatı" uğurla başa çatır. Amma əgər əksinə, hələ də "dilimin ucundadı, bu dəqiqə deyəcəm" vəziyyətindəsinizsə, beyninizi məşğul edəcək başqa bir şey tapın. Məsələn, bir mahnı oxuyun ki, beyin də bu vaxt ərzində rahatca "axtarış" aparsın və uğurlu nəticə versin.

Sağ tərəf - kreativ, sol tərəf – analistik

Beynin sağ yarımkürəsi sosial uğurlar, təşkilatlanma bacarıqları, fəlsəfə və sənət ilə əlaqəlidir. Sol yarımkürə isə riyaziyyat və dil öyrənmə bacarıqlarını özündə birləşdirir. Bu mövzuda elmi bir test olmasa da, bir insanın hansı yarımkürəyə daha çox aid olduğunu yoxlamaq üçün belə bir test tətbiq edə bilərsiniz: havaya bir cisim atın. Həmin insan refleks olaraq cismi hansı qolu ilə tutmağa çalışsa, o qolun qarşı tərəfi idarəedici sayılır.

Qıdıq hissi ağır xəstəliklərin müalicəsidir

Qıdıq hissiyyatı güclü xəstələri müayinə edərkən həkimlər xəstənin əlini öz əlləri üzərinə yerləşdirərək qıdıqlanma hissinə mane olurlar. Bu, necə olur? Çünki qıdıqlanmağa nə qədər həssas olursunuzsa olun, özünüzü qıdıqlaya bilməzsiniz. Bunun səbəbi beynimizin ətrafımızdakı hadisələri duyan bir çox hissin arasından ən vacib olanları hissetməyə meylli olmasıdır.

Məsələn, oturduğumuz stolu və ya ayağımıza geyindiyimiz corabı - onları düşünməyincə - hiss etmirik, amma çiynimizə toxunan bir əl o dəqiqə bizi diksindirir. Beynin bu "hissləri ayırd etmə" funksiyasını beyincik yerinə yetirir. Beyincik 110 qram ağırlığında olub, gözlənilən və gözlənilməyən reaksiyaları ayırd edir və onların arasından ən vaciblərini seçir.

Əgər sizə toxunan əl sizindirsə, beyin bu qıdıqlanmaya deyil, toxunduğunuz orqandan gələn hisslərə üstünlük verir.

Əsnəmək beyni canlandırır

"Əsnəmə" deyiləndə insanın ağlına ilk "əsnək əsnək gətirər" məsəli düşür. Bunun həqiqət olmasına heç kimin şübhəsi yoxdur. Ancaq bir çoxları əsnəyi yuxu və ya sıxılmaqla əlaqələndirsə də, əslində əsnək bədəndə oyanma yaradır. Əsnəyərkən daha çox hava ciyərlərimizə dolur və qanımızdakı oksigen faizi yüksəlir ki, bu da oyanmamızı tezləşdirir. Məməli heyvanlar və quşlarda da bu hiss var. Maraqlı faktlardan biri də itlərin əsnəməsidir. İtlər əsnəyərək sahiblərini sakitləşdirə bilirlər.

Beyində canlanan qəribəliklərin sirri

Buna bənzər hallarla ən çox alpinistlər qarşılaşırlar. Çünki yerdən yüksəkliyə qalxdıqca beynə oksigen az gedir. 2400 metr yüksəklik insan beyni üçün maksimum yüksəklikdir. Bu yüksəklikdən daha yuxarı qalxdıqca alpinistlər mövcud olmayan varlıqlarla yanaşı, ətrafındakıların işıq saçdığını görməyə və səbəbsiz yerə qorxmağa başlayırlar. Oksigen azalması beynin təxəyyül və hissiyyat siqnallarının idarəetmədən çıxması və ya yavaşlamasına yol açır.

ŞƏRH YAZIN