Bir-birindən fərqli tiplər!

0
2567
Bir-birindən fərqli tiplər!

 Qadınlar kimi kişilər də müxtəlifdi. Dünyada 5 kişi tipi var ki, o tipləri tanımanız məsləhətlidir. 


1.Evdar

Birinci tip kişilər evdə səliqə-səhmanı sevir, hər gün masa üzərində isti yemək görmək istəyirlər. Bu tip kişilər qadının xarici görünüşünə və intelekt səviyyəsinə qarşı çox tələbkardılar.Onlar üçün qadının dünyaya uşaq gətirməsi çox vacibdir.

2. Piliqrim

Onlar daima axtarışda və hərəkətdədirlər, lakin onların həyatında da bir liman vardır. Bu tip kişilərin həyatında səyahətlər və dəyişikliklər əsas yer tutur..

3. Daunşifter

Bu tiplər ekstrim həvəskarıdır. Onlar səhrada, sıldırım qayada belə yaşaya bilərlər. İşgüzar olan bu kişilər çörəyi öz zəhməti ilə qazanırlar. Sizdən olan tələbi onunla bu qeyri-adi həyat tərzini paylaşmaq bacarığıdır.

4. Virtuallar

Təəssüf ki, bu tip kişilər müasir həyatda çoxluq təşkil edir. Real həyatdan qaçaraq, özlərini virtual həyata verən bu tip kişilər ciddi münasibətləri sevmirlər.

5. İşgüzar

Bu tipə biznesmenlər, siyasətçilər və menedjerlər aiddir. Onlar üçün ailədən başqa müqəddəs heç nə yoxdur. Həyat yoldaşı seçərkən çox seçici olan bu kişilər bu məsələyə də kapital qoyuluşuna kimi ciddiyyətlə yanaşırlar.

ŞƏRH YAZIN