Əfsanəvi Pop Kralı Ilə Bağlı Bilmədikləriniz

0
2983
Əfsanəvi Pop Kralı Ilə Bağlı Bilmədikləriniz

Onu tanımayan yoxdur. Mükəmməl rəqsi və səs tembri ilə hər kəsi özünə aşiq etməyi bacarmışdı. Əfsanəvi pop-kralı Maykl Cekson 2009-cu il iyunun 25-də Los-Ancelesdə dünyasını dəyişsə də, hələ də onu dinləməkdən bezməyənlərə rast gəlinir. Milyonların kumirinə çevrilmiş müğənni haqqında az məlum olan faktları sizə təqdim edirik:

1. Maykl Cekson bir albomdan olan 5 mahnısının - "I Just Can't Stop Loving You", "Bad", "The Way You Make Me Feel", "Man in the Mirror" və "Dirty Diana" Bilboard çartında lider olduğu tarixdə ilk artistdir.

2. Pop-kral 90-cı illərdə böhran vəziyyətində olan Marvel Comics şirkətini almağa çalışıb. Onun arzusu Hörümçək-adamla özünün baş rolda olduğu komiksi ekranlaşdırmaq idi.
 
3. 1984-cü ildə Ceksona qarşı ümumi məbləği 1 milyon dollar olan kitabxana cərimələri irəli sürülmüşdü. ABŞ-da kitabxanalara cavabdeh olan departamentin məmurları bəyan edirdi ki, artist götürdüyü kitabları imzalayaraq qaytararsa, ona cərimələri bağışlamağa hazırdılar.
 
4. "Blood On The Dancefloor" musiqi albomu Elton Cona həsr olunub.
 
5. Cekson Qabon və Fil Dişi Sahili ölkələrində kral tituluna sahibdir. O, titulları yerli sülalələrdən 1992-ci ildə əldə edib.

6. Hər konsertdən öncə tərkibində Ricola konfetlərinin əridiyi bir stəkan isti su içirdi və iddia edirdi ki, bu onun səsini "aydın" və dözümlü edir.

7. İnsanın irəli əyilərək tarazlığını itirməməyini təmin edən alətə patent sahibi idi. Söhbət xüsusi ayaqqabıdan gedir.

8. "Simpsonlar" cizgi serialında personajı səsləndirib, ancaq bu fakt 12 il ərzində gizli saxlanılıb. Stark Raving Dad epizodunda psixiatriya klinikasının xəstəsi olan Con Cey Smit təxəllüslü bir qəhrəmanı səsləndirib. Səsin Ceksona məxsus olduğunu "Simpsonlar"ın yaradıcısı Mett Qrouninq 2003-cü ildə təsdiqləyib.
 
9. Ceksonun favoriti olduğu qəhrəmanı Pinokkio olub. Uşaq vaxtı sevimli kitabları Vaşinqton İrvinqin "Rip Van Vinkl", gəncliyində isə Ernest Hemiqueyin "Qoca və dəniz" əsəri olub.
 
10. Səhnəyə ilk dəfə 5 yaşında çıxıb.

11. "The Beatles" qrupunun müəllif kataloqunun bir hissəsinin hüquqlarına görə, 1985-ci ildə 47 milyon dollar ödəyib. On il sonra isə bu kataloqu 95 milyon dollar satıb.

12.
Maykl Ceksonun ikinci adı Cozefdir.
 
13. Meksika mətbəxinin pərəstişkarı olub.
 
14. 1993-cü ildə müğəninin dermatoloqu rəsmi şəkildə Ceksonda vitiliqonun olduğunu açıqlayıb. Bu, dəridə piqmentasiyanı itirən çox nadir xəstəlikdir.

15. Thriller dünyada ən çox satılan (ümumi tiraj - 50 milyon nüsxə) albomdur. Plastinka 37 həftə ərzində Billboard çartına liderlik edib.
 
16. Ceksonun 13 "Qremmi" mükafatı laureatıdır.
 
17. 1999-cu ildə "Küləklə sovrulanlar" (1939) filminə təqdim edilən "Oskar" heykəlciyi üçün 1,5 milyon dollar ödəyib.
 
18. Ceksonun yaşadığı Neverland 40 nəfər mühafizə əməkdaşının nəzarəti altında idi.
 
19. 2008-ci ildə "Thriller" mahnısının şərəfinə olan fleşmobda bütün dünyadan bir neçə min adam iştirak edib.

20. Pop-musiqidə irqi ayrı-seçkiliyi aradan qaldıran artistlərdən biri olub. "Beat It" mahnısı qaradərililərin musiqisini səsləndirməyən radiostansiyalara düşüb. Mahnıya çəkilən klipdə isə əsl küçə bandalarının üzvləri çəkiliblər.

 

 

Korrektor: Əliyeva Aynur

ŞƏRH YAZIN